Boks yığma komandalarımızın baş məşqçiləri müəyyənləşdi

Boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib. Boks Federasiyasından verilən məlumata görə, əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

 Gənclərdən ibarət yığmamız Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov hazırlayacaq.

Kişilərdən ibarət komandamızda olduğu kimi qadınlardan ibarət millimizdə də dəyişiklik rəsmiləşib.

Yığmamız son Avropa çempionatında olduğu kimi Elbrus Rzayevin rəhbərliyi altında hazırlıq keçəcək.

Qeyd edək ki, kişilərdən ibarət əsas yığmamız Leonid Layinskiyə tapşırılıb.

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top