MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

2. Gözlərə hər hansı şəkildə hücum etmək qadağandır.

3. Rəqibi dişləmək qadağandır.

4. Rəqibi saçlarından tutub saxlamaq, saçını yolmaq və saçından dartmaq qadağandır.

5. Rəqibin anatomik dəliklərini barmaqlarla yırtmağa (məsələn, ağzını cırmağa) cəhd etmək qadağandır.

6. Barmaqları anatomik dəliklərə, habelə rəqibin yaralarına və yarılmalarına yeritmək qadağandır.

7. Qasıq nayihəsinə hər hansı şəkildə hücum etmək qadağandır.

8. Rəqibin kiçik oynaqlarına, məsələn, əl və ya ayaq barmaqlarına qarşı ağrılı fəndlər tətbiq etmək qadağandır.

9. Boyun ardına və ya onurğaya hər hansı zərbə vurmaq qadağandır.

10. Yuxarıdan aşağıya dirsəyin ucu ilə zərbə vurmaq qadağandır.

11. Boğaza hər hansı zərbə vurmaq, nəfəs yolunu tutmaq qadağandır.

12. Bədəni cırmaqlamaq, çimdikləmək, burmaq qadağandır.

13. Körpücük sümüyünü tutmaq qadağandır.

14. Uzanmış vəziyyətdə olan (istənilən üçüncü nöqtə ilə döşəməyə toxunan rəqib uzanmış hesab olunur) rəqibin başına ayaqlarla zərbələr vurmaq qadağandır.

15. Uzanmış vəziyyətdə olan rəqibin başına dizlə zərbələr vurmaq qadağandır (bax: əvvəlki bənd).

16. Uzanmış vəziyyətdə olan rəqibi tapdalamaq (ayağın altı ilə zərbə vurmaq) qadağandır.

17. Böyrək nayihəsinə dabanla zərbə vurmaq qadağandır.

18. Rəqibi başı aşağıya və ya boynu ilə kanvasa batırmaq qadağandır (bu bəndlə bağlı qeydə siyahının sonunda baxın).

19. Rəqibi qəfəsin və ya rinqin hüdudlarından kənara atmaq qadağandır.

20. Rəqibin tumanından və ya əlcəklərindən tutmaq qadağandır.

21. Rəqibə tüpürmək qadağandır.

22. Rəqibin zədələnməsinə gətirib çıxaran hər hansı qeyri-idman hərəkətləri qadağandır.

23. Qəfəsdən və ya kanatdan yapışmaq və tutub saxlamaq qadağandır.

24. Qəfəsdə və ya rinqdə hər hansı təhqirlər qadağandır.

25. Fasilə zamanı rəqibə hücum etmək qadağandır.

26. Referinin danışdığı və ya baxış keçirdiyi rəqibə hücum etmək qadağandır.

27. Döyüş başa çatdıqdan sonra rəqibə hücum etmək qadağandır.

28. Referinin təlimatlarına açıq-aşkar məhəl qoymamaq qadağandır.

29. Döyüşdən yayınmaq, o cümlədən rəqiblə təmasdan çəkinmək, qəsdən və ya dəfələrlə kapanı tüpürmək, zədələnməni simulyasiya etmək qadağandır.

30. Küncün müdaxiləsi qadağandır.

31. Döyüş zamanı dəsmalı atmaq qadağandır.

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top