MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

 

Superyüngül çəki Flyweight 125 funta qədər. Ən yüngül çəki Bantamweight 125-135 funt Yarımyüngül çəki Featherweight 135-145 funt Yüngül çəki Lightweight 145-155 funt Yarım-orta çəki Welterweight 155-170 funt Orta çəki Middleweight 170-185 funt Yarım-ağır çəki LightHeavyweight 185-205 funt Ağır çəki Heavyweight 205-265 funt Superağır çəki SuperHeavyweight 265 funtdan yuxarı

Çəki (kq) Kateqoriya Kateqoriyalar ingiliscə

57 kq-dək Superyüngül Flyweight

57 – 61 kq Ən yüngül Bantamweight

61 – 66 kq Yarım-yüngül Featherweight

66 – 70 kq Yüngül Lightweight

70 – 77 kq Yarım-orta Welterweight

77 – 84 kq Orta Middleweight

84 – 93 kq Yarım-ağır Lightheavyweight

93 – 120 kq Ağır Heavyweight

120 kq və yuxarı Superağır Superheavyweight

 

Qeyd. MMA-nın bəzi təşkilatlarında 145 funta qədər və 265 funtdan yuxarı çəki kateqoriyaları yoxdur.

2. Yarışdan əvvəl rəsmi tərəzidə çəkilmədən sonra çəki artıq olarsa, qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançılar tərəfindən atılmış çəki 2 funtu ötməməlidir.

3. Əvvəlki bənddə göstərilmiş çəkinin atılması ilkin tərəzidə çəkilmədən sonra 1 saatdan gec olmamalıdır.

(31.08.2001-ci il tarixində qüvvəyə minmiş, 04.12.2007-ci il tarixində dəyişikliklər edilmişdir)

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top