MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

 

3. Kanatlarla məhdudlaşdırılmış rinqin sahəsi kanatların iç tərəfi üzrə tərəfi 20 fut olan kvadrat sahəsindən az və tərəfi 32 fut olan kvadrat sahəsindən çox olmamalıdır;

1. Rinqin döşəməsi hər tərəfdən ən azı 18 düym kanatlardan kənara çıxmalıdır. Rinqin döşəməsinin örtüyü "Ensolayt" köpüyü və ya qapalı oyuqlu başqa analoji köpüklə döşənməlidir. Köpük qatının minimal qalınlığı 1 düym olmalıdır. Döşəmə rinqin kanatlarından kənara və meydançanın qıraqlarından kənara çıxmalıdır. Onun üstünə bərk dartılmış və iplərlə bərkidilmiş brezent, möhkəm kətan və ya başqa uyğun materialdan örtük çəkilməlidir. Bir yerə və qırışlara yığılan materialdan istifadə etmək olmaz.

2. Rinqin körpücüyü döşəmə səviyyəsindən 4 futdan hündürə çıxmamalı və döyüşçülər tərəfindən istifadə edilən xüsusi nərdivanlarla təchiz edilməlidir.

3. Rinqin yan dirəkləri diametri 3 düymdən çox olmayan metaldan istehsal edilməlidir. Dirəklərin rinqin səthi üzərindən hündürlüyü minimum 58 düym təşkil etməlidir. Yan dirəklər Atletik Komissiya tərəfindən təsdiq edilmiş xüsusi örtüklə qorunmalıdırlar. Rinqin yan dirəkləri rinqin kanatlarından minimum 18 düym məsafəsində yerləşməlidirlər.

4. Rinqin hər tərəfində yumşaq materialla örtülmüş ən azı 1 düym diametrə malik olan beş sıra kanatlar olmalıdır. Rinqin səthindən alt kanata qədər olan məsafə 12 düymdür.

5. Rinqin səthində heç bir kənar predmet olmamalıdır.

4. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən arena aşağıdakı tələblərə uyğun olmalıdır:

 

1. Arena dairəvi olmalı və onun minimum altı bərabər tərəfi olmalıdır. Arenanın eni ən azı 20, ən çoxu isə 32 fut olmalıdır.

2. Arenanın döşəməsi "Ensolayt" köpüyü və ya qapalı oyuqlu başqa analoji köpüklə döşənməlidir. Köpük qatının minimal qalınlığı 1 düym olmalıdır. Onun üstünə bərk dartılmış və iplərlə bərkidilmiş brezent, möhkəm kətan və ya başqa uyğun materialdan örtük çəkilməlidir. Bir yerə və ya qırışlara yığılan materialdan istifadə etmək olmaz.

3. Arenanın meydançası döşəmə səviyyəsindən 4 futdan hündürə çıxmamalı və döyüşçülər tərəfindən istifadə edilən xüsusi nərdivanlarla təchiz edilməlidir.

4. Çəpərin dirəkləri, diametri 6 düymdən çox olmayan metaldan istehsal edilməlidir. Dirəklərin arenanın səthi üzərindən hündürlüyü 5-7 fut olmalıdır. Çəpərin dirəkləri Atletik Komissiya tərəfindən təsdiq edilmiş xüsusi örtüklə qorunmalıdır.

5. Arenanın çəpəri döyüşçülərin arenadan kənara, arenanın altındakı döşəməyə və ya tamaşaçıların üstünə yıxılmalarının qarşısını alan materialdan, məsələn, vinillə örtülmüş məftil tordan istehsal edilmiş olmalıdır.

6. Arenanın metal hissələri Atletik Komissiya tərəfindən təsdiq edilmiş xüsusi örtüklə qorunmalı və döyüşçülər üçün təhlükəli olmamalıdırlar.

7. Arenanın iki girişi olmalıdır.

8. Yarışların keçiriləcəyi arenanı əhatə edən çəpərin üzərində kənar predmetlər olmamalıdır.

5. Qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların təşkilatçısı döyüşlərin keçiriləcəyi yeri, rinqdə və ya arenada hadisələri izləməyə imkan verən ən azı iki video-ekranla təchiz etməlidir.

(31.08.2001-ci il tarixində qüvvəyə minmiş, 04.12.2007-ci il tarixində dəyişikliklər edilmişdir)

 

 

Döyüşün müddəti

MMA qaydaları döyüşlərin keçirilmə müddətini aşağıdakı kimi təsbit edir:

1. "Qeyri-çempion" yarışları və qarışıq döyüş sənətləri üzrə nümunəvi çıxışlar üç raunddan artıq olmamalıdırlar.

2. Qarışıq döyüş sənətləri üzrə çempion (titul) yarışları, qarışıq döyüş sənətləri üzrə başqa yarışlar və ya nəzarət orqanları tərəfindən xüsusi tədbir kimi hesab edilən nümunəvi çıxışlar beş raunddan artıq olmamalıdırlar.

3. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda raundun müddəti 5 dəqiqəni ötməməlidir. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda raundlar arasında istirahət müddəti 1 dəqiqə təşkil edir.

 

(31.08.2001-ci il tarixində qüvvəyə minmiş, 27.10.2009-cu il tarixində dəyişikliklər edilmişdir)

 

 

İdmançıların geyimi

Yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançılar:

1. MMA qaydaları ilə təsdiq edilmiş tuman geyinməlidirlər;

2. Yarışlar zamanı iştirakçıların ayaqlarında ayaqqabı və ya ayaq pəncəsini örtən başqa materiallar olmamalıdır.

(31.08.2001-ci il tarixində qüvvəyə minmişdir)

 

Hakimlik metodikası

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların hər bir hakimi yarış və ya nümunəvi çıxışı aşağıdakı sistemdən istifadə etməklə qiymətləndirib qalibi müəyyən etməlidir:

1. Raundun ən yaxşı döyüşçüsü 10 bal, onun rəqibi isə müvafiq olaraq az bal alır.

2. Raund bərabər şəkildə keçdikdə, hər döyüşçü 10 bal alır.

3. Kəsr ballarını vermək olmaz.

4. Hər raund üçün ballar raund başa çatdıqdan dərhal sonra verilir.

2. Yarışlar və ya nümunəvi çıxışlar başa çatdıqdan sonra şərhçi Atletik Komissiyanın masasından üzərində hakimlər tərəfindən qoyulmuş balların olduğu kartları götürür.

3. Qərar səs çoxluğu ilə çıxarılır. Səs çoxluğuna nail olunmamışdırsa, heç-heçə verilir.

4. Komissiya nümayəndəsi balları yoxladıqdan sonra qərarı şərhçiyə bildirir. Şərhçi akustik sistem vasitəsilə auditoriyaya qərarı bildirir.

(31.08.2001-ci il tarixində qüvvəyə minmişdir)

 

 

 

MMA qaydalarının pozulması (follar): bal çıxılması

1. 1. Əgər qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar zamanı idmançı öz rəqibinə qarşı qaydaları qəsdən və ya bilməyərəkdən pozursa, referi onu ballarını çıxmaqla cəzalandıra bilər. Əgər başqa hal müəyyən edilməmişdirsə, referi qayda pozuntusunun ağırlığını və rəqibə vurulan zərərin dərəcəsini nəzərə alaraq ayrıca götürülmüş hər bir hal üçün çıxılan balların miqdarını təyin edə bilər.

2. 2. Əgər referi qaydaların pozulmasına görə bal və ya balların çıxılması zərurəti ilə bağlı qərar qəbul edəcəksə, o, qayda pozuntusuna yol vermiş idmançıya təyin edilmiş cəza haqqında bildirməlidir.

3.3. Qayda pozuntusundan sonra ilk fürsətdə hakim hakimlərə və hər iki idmançıya qayda pozuntusuna yol vermiş idmançıdan çıxılan balların miqdarını bildirməlidir.

4. 4. Qayda pozuntusuna görə çıxılan bal və ya ballar yalnız həmin pozuntunun yol verildiyi raundda çıxıla bilər və sonrakı raundlarda çıxıla bilməz.

 

(31.08.2001-ci il tarixində qüvvəyə minmiş, 03.12.2003-cü il tarixində dəyişikliklər edilmişdir)

 

MMA qaydalarının pozulması: bilməyərəkdən

1. Əgər qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar qaydaların bilməyərəkdən pozulması üzündən dayandırılmışdırsa, referi qayda pozuntusuna məruz qalmış idmançının döyüşü davam etdirmək iqtidarında olub-olmadığını müəyyən edir. Əgər qayda pozuntusu nəticəsində idmançının qələbəyə şansları ciddi təhlükəyə məruz qalmamışdırsa və əgər qayda pozuntusu zamanı idmançı başından zərbə almamışdırsa, referi 5 dəqiqədən çox davam etməyən bərpa pauzasından sonra yarışları və ya nümunəvi çıxışları davam etdirməyə göstəriş verə bilər. İdmançılar aralandıqdan dərhal sonra, referi Komissiya nümayəndəsinə qayda pozuntusunun qəsdən edilib-edilmədiyini bildirməlidir.

2. Əgər referi qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların, MMA qaydalarının bilməyərəkdən pozulması nəticəsində, idmançının aldığı zədə səbəbindən davam etdirilə bilmədiyini müəyyən edərsə, onda:

1. qayda pozuntusunun üç və ya daha az raunddan ibarət olan yarış və ya nümunəvi çıxışların ilk iki raundu zamanı; və ya:

2. üçdən artıq raunddan ibarət olan yarış və ya nümunəvi çıxışların ilk üç raundu zamanı baş verdiyi təqdirdə, yarışlar və ya nümunəvi çıxışlar baş tutmamış hesab olunur.

3. Əgər qəsdən edilməyən qayda pozuntusu nəticəsində idmançı:

1.üç və ya daha az raunddan ibarət olan yarış və ya nümunəvi çıxışların ikinci raundu başa çatdıqdan sonra; və ya:

2. üçdən artıq raunddan ibarət olan yarış və ya nümunəvi çıxışların üçüncü raundu başa çatdıqdan sonra yarış və ya nümunəvi çıxışlarda iştirakını davam etdirə bilmirsə, onda döyüşün nəticəsi başa çatdırılmış raundlar və referinin yarışları dayandırdığı raunddakı balların hesablanması ilə müəyyən edilir.

4. Əgər sonradan, icazə verilən zərbənin vurulması nəticəsində qayda pozuntusu üzündən alınmış zədə ağırlaşarsa və referi yarışları və ya nümunəvi çıxışları dayandırarsa, döyüşün nəticəsi başa çatdırılmış raundlar və referinin yarışları və ya çıxışları dayandırdığı raundakı qazanılan balların hesablanması ilə müəyyən edilir.

(31.08.2001-ci il tarixində qüvvəyə minmiş, 03.12.2003-cü il və 04.12.2007-ci il tarixində dəyişikliklər edilmişdir)

 

Matçın nəticəsi

MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışlar aşağıdakı qaydada başa çatdırıla bilər:

1. Könüllü təslim olma:

1. Fiziki təslim olma (döşəmə və ya rəqibin bədənini taqqıldatma).

2. Sözlə təslim etmə.

2. Nokaut (KO): icazə verilmiş zərbə nəticəsində idmançı huşsuz vəziyyətdədir və döyüşü davam etdirə bilmir.

3. Texniki nokaut (TKO):

1. Referi döyüşü dayandırır.

2. Həkim döyüşü dayandırır.

3. Döyüşçünün sekundantları (künc) döyüşü dayandırırlar.

4. Balların hesablamasına əsasən çıxarılan qərar, xüsusən də:

1. Yekdil qərar.

2. Qeyri-yekdil (ayrıca) qərar.

3. Səs çoxluğunun qərarı.

4. Heç-heçə, xüsüsən də:

1. Yekdil heç-heçə.

2. Səs çoxluğunun qərarı ilə heç-heçə.

3.Ayrıca heç-heçə.

5. Texniki qərar.

6. Texniki heç-heçə.

7. Diskvalifikasiya.

8. Ləğv.

9. Döyüşün baş tutmamış kimi tanınması.

 

(31.08.2001-ci il tarixində qüvvəyə minmiş, 04.12.2007-ci il tarixində dəyişikliklər edilmişdir)

 

 

Qeyd:

Üç hakim rinqdə döyüşçülərin hərəkətlərinin effektivliyini ümümilikdə qiymətləndirərək, raundu onlardan birinə verir. Bu, aşağıdakı hərəkətlərdir:

1. Zərbələrin vurulması

2. Qrepplinq (istənilən döyüş hərəkəti və ağrıdıcı və boğucu fəndlərin tətbiqi)

3. Aqressiya

4. Rinqin (arenanın) sahəsi üzərində nəzarət.

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top