Boksda nokdaun

Nokdaun sözünün mənası

Boksda nokdaun ingilis dilindən sarsıdıcı zərbə kimi tərcümə olunur. Nokdaun – döyüşçünün, boksçunun rəqibin zərbəsi zamanı onun zərbəsindən yayınmağa imkan tapdığı, və ya hücumdan bacarıqlı şəkildə qaçaraq rinqə üçüncü dayaq nöqtəsi ilə, yəni dizi, əli və s. ilə toxunduğu haldır. Bu hallarda referi-hakim birdən səkkizə kimi saymağa başlayır.

 Birinci hal. 10-a kimi sayma

Əgər boksçu səkkiz sayına qədər özünü toplayıb ayağa dura bilmədisə, referi-hakim ona kimi saymağa davam edir.

İkinci hal. Nokaut

Əgər boksçu on sayına qədər özünü toplayıb ayağa dura bilmədisə referi nokautu hesaba alır və fiksasiya edir.

Üçüncü hal. Boksçu rinqdən kənara düşür

Əgər boksçu zərbə nəticəsində rinqin hüdudlarından kənara düşürsə, o zaman ona gücünü bərpa etməyə və rinqə qayıtmağa 20 saniyə verilir. Bu isə boksçulara çox az hallarda kömək edir.

Ayaqüstü nokaut

Boksda ayaqüstü nokaut referinin (hakimin), rəqibi(boksçunu) döşəməyə düşməməkdən kanatların xilas etdiyini düşündüyü halları adlandırırlar. Adətən belə hallarda referi yenidən səkkizdən saymağa başlayır.

Qeyd. Çempionluq uğrunda döyüşlərdə ayaqüstü nokdaun anlayışı yoxdur, yəni bu qayda etibarsızdır.

Üç nokdaun qaydası

Üç nokdaun qaydası rəqibin (boksçunun) bir raund ərzində üç dəfə nokdaunda olması halıdır. Əgər bu hal rinqdə baş verirsə, referi üçüncü nokdaundan sonra döyüşü dayandırır və uduzmuş boksçu avtomatik olaraq nokaut olunmuş hesab edilir. Bu qayda bütün döyüşlərdə etibarlıdır. WBA himayəsi altında keçirilən döyüşlərdə etibarlıdır.

Boksda fleş-nokdaun

Fleş-nokdaun, başqa sözlərlə yüngül nokdaun — boksçunun döyüş zamanı üçüncü dayaq nöqtəsi ilə (diz və ya əl ola bilər) rinq örtüyünə toxunması, lakin həmin anda bu vəziyyətdə 3-5 saniyədən çox qalmayaraq şaquli duruş vəziyyətinə qayıtmasıdır. Lakin bu halda referi heç nəyə baxmayaraq səkkizədək saymağa başlayır.

Maraqlı fakt

Peşəkar boksda nokdaunlar rinqdə daha az baş verir, nəinki həvəskar boksda, çünki peşəkarlar bu haldan özlərini nəcə qorumaq lazım olduğunu yaxşı bilirlər. Rəqibin zərbələri qarşısında dayana bilmək üçün və sarsıdıcı nokdauna düşməmək üçün boksçular çoxlu məşq edirlər və eyni zamanda özlərində dözümlülük və dayanıqlıq inkişaf etdirirlər.

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top