Boksda nokaut

Boksda nokaut nədir?

Nokaut – rəqiblərdən birinin ona digəri tərəfindən çox güclü zərbə və ya zərbələr seriyası endiridikdən 10 saniyə sonra qarşılaşmanı davam edə bilməməsi halında rinqdə boks qarşılaşmasının yekunlaşma variantıdır. Əksər hallarda o sarsılmış vəziyyətdə döşəmə üzərində uzanır. Nokaut nəticəsində idmançının huşunun itirilməsi, beyin silkələnməsi, güclü başgicəllənmənin inkişafı, müvazinətin pozulması və s. müşahidə oluna bilər.

Çox vaxt elə olur ki, gənc idmançı nokaut olduqdan sonra boksu atıb gedir. Təcrübə göstərir ki, boks ən atılan idman növlərindən biridir, çünki bu idman növündə çalışqanlıq, əməksevərlik, qələbəyə güclü inam hissi və iradədən başqa həm də ağrıya, mümkün travmalara, o cümlədən nokauta dözmək tələb olunur.

Zəif yerlər

Ən zəif yerlər haradadır və onlara dəydikdə nokaut ehtimalı nə qədərdir? İlk öncə bu – aşağı çənədir, onun kəllə sümüyünə münasibətdə hərəkətliliyi sayəsində, məhz onun vasitəsilə zərbənin baş beyinə inersiyası daha güclü ötürülür. Nokautların böyük hissəsi – məhz ora dəqiq dəymənin nəticəsidir. İdmançı güclü zərbə nəticəsində baş beyinin qan təchizatının pozulmasına görə huşunu və ya məkanda oriyentasiyasını (müvazinətini, səmtləşmə qabiliyyətini) itirir və nəticədə nokaut baş verir. Həmçinin gicgah nahiyəsinə və yuxu arteriyasına vurulan zərbələr də təhlükəlidirlər. Hətta bu zonaya buraxılmış zərbələrdən sonra idmançı qalxa bilsə belə, çox vaxt o döyüşü daha davam edə bilmir.

Kifayət qədər tez-tez gövdəyə güclü zərbələrin buraxılması nətiicəsində də nokaut baş verə bilər. Günəş kələfinə dəydikdə ürəyin və ağciyərlərin innervasiyası ilə bağlı olan azan sinirə təsir edilir. Nəticədə - hava çatışmazlığı, nəfəs tutulmasının əlamətləri müşahidə olunur, boksçu qıvrılaraq döşəməyə enir. Bu zonaya vurulan zərbənin təsirini zəiflətmək üçün zərbə anında yığılmaqla onun təhlükəliliyini azaldacaq qarın əzələlərini inkişaf etdirmək lazımdır. Qaraciyərə, sinənin sol hissəsinə, ürəyin üstündəki aortaya vurduqda da nokautlar mümkündür.

Texniki nokaut nədir?

Texniki nokaut qarşılaşmanın hakimin, həkimin və ya sekundantın işarəsi ilə dayandırılmasıdır. Döyüş boksçunun özü tərəfindən də dayandırıla bilər. Əgər boksçu texniki nokaut almışdırsa, o qarşılaşmanı uduzmuş sayılır. 

Nokaut, boks və sağlamlıq

Nokaut - ciddi travmadır, həm psixiki, həm fiziki. Zərərçəkənə təcili yardımı həkim və sekundant göstərir, lazım gəldikdə onu xəstəxana stasionarına yerləşdirirlər. Ona üç ay ərzində məşqlərdə və yarışlarda iştirak etmək qadağan edilir. İdmançının reabilitasiyaya və bərpa olmağa ehtiyacı var.

Elə hallar olur ki, hər iki boksçu qarşılıqlı zərbələrlə bir-birini nokauta salırlar. Əgər belə bir hal ilk dəfə baş tutubsa, qarşılaşmanı baş tutmamış hesab edirlər. Əgər bu hal təkrarlanırsa, qalib nokautdan əvvəlki raundların nəticələri əsasında müəyyən olunur.

Heç də bütün boksçular öz rəqiblərini nokauta göndərməyi bacarmırlar. Ən yaxşı nokautlar – xüsusi istedada malik olan döyüşçülərin: Royun, Maykın, Yemelyanenkonun, Kliçkonun nokautlarıdır. Onların

müvəffəqiyyətli olmalarının sirri, sarsıdıcı zərbələr endirmə bacarıqları nədədir? Zərbənin nokautedici olub olmayacağı hansı amillərdən asılıdır?

Uğurlu nokautedici zərbə üçün nə lazımdır?

1. Zərbənin gücü

Əlbəttə ki, zərbənin gücü böyük əhəmiyyətə malikdir və o, onun düzgün yerinə yetirilməsindən və zərbəyə bədənin üç üzvünün gücünü düzgün qoymaq bacarığından asılıdır:

* ayaqlar;

* gövdə;

* qollar.

2. İntuisiya

Lakin elə idmançılar var ki, onların o qədər də güclü zərbəsi yoxdur, amma buna baxmayaraq onlar rəqibə məhz nokaut ilə qalib gəlməyi bacarırlar. Burada ona ən həlledici zərbəni hansı anda vurmaq lazım olduğunu deyən intuisiya, hansısa beşinci hiss mühüm rol oynayır. Məhz bu cür döyüş hissinə malik idmançılar uğurlu nokautçulara çevrilirlər.

3. Yumruğun sıxılma dərəcəsi

Yerinə yetirilmiş zərbənin nokautla nəticələnməsi üçün müəyyən rolu zərbə anında yumruğun sıxılma dərəcəsi oynayır. Bu, necə deyərlər, sərtlikdir. Əlin hədəflə toqquşması anında o maksimum dərəcədə sıxılmış olmalıdır.

4. Həlledici zərbəni gizlətmək bacarığı

Öz zərbəni gizlətmək(maskalamaq) bacarığı da çox vacibdir. Təcrübə göstərib ki, nokauta tək güclü zərbələr deyil, həm də rəqib tərəfindən gözlənilməyən zərbələr gətirib çıxarırlar. Çox vaxt olur ki, hətta çox güclü, lakin vaxtında nəzərə çarpmış zərbə məğlubiyyətə gətirib çıxarmır. Üstü örtülü, sanki yox yerdən peyda olmuş, qəfildən vurulmuş güclü olmayan zərbə belə - rəqibi döşəməyə sərəcəkdir. Buraxılmış zərbənin məhz gözlənilməzliyi həlledici rol oynayır.

5. Zərbənin əks-hücum anında endirilməsi

Başa nokautlar ən çox əks zərbələrlə, müvəffəqiyyətlə icra olunmuş əks-hücum zamanı vurulur. Belə zərbənin gücü ona hücum edən rəqib tərəfindən qoyulmuş enerji hesabına baş verir. Əgər o hücumun qızğın vaxtında müdafiə haqda unudursa, o zaman qəzəbli öküz kimi cavab əks-həmləyə rast gəlir və bununla cavab zərbənin gücünü elə öz qüvvəsi ilə ikiqat artırmış olur. Bu vaxt o, diqqətini öz hücumunda cəmləşdirdiyindən cavab zərbənin gələcəyini hiss etmir və gözlənilməzlik effekti reallaşır. Məhz belə hallarda qarşılaşmanı uduzmuş idmançı üçün ən ciddi fəsadlarla nəticələnən ən güclü nokautlar baş verir.

6. Psixoloji üstünlük

Rəqibin nokaut olunmasını özün təmin etsən daha yaxşıdır, nəinki o bunu sənə etsin, lakin bunun üçün psixoloji köklənmə lazımdır. Belə ki, təcrübəsi az olan boksçu, daha güclü rəqiblə döyüşə çıxarkən özünü çox vaxt məğlubiyyətə kökləyir və hətta ona o qədər də sarsıdıcı olmayan zərbələr vurulduqda belə huşunu itirir.

Nokautçu boksçu ilə döyüşü necə keçirmək lazımdır?

Nokautu döyüşün adi və arzu olunan nəticəsi hesab edən boksçu ilə döyüş keçirdikdə hazırlıqlı və diqqətli olmaq və müdafiə haqqında unutmamaq lazımdır (xüsusilə öz hücumların və əks-hücumların zamanı). Rəqibin aldadıcı hərəkətlərini onun əsl planlarından ayird etmək lazımdır. Mütləq manevrlərdən istifadə etmək və rəqibi yaxınlaşmadan zərbələr endirə biləcək məsafəyə buraxmamaq lazımdır. Tez-tez vurulan yüngül zərbələrlə onu öz planlarından yayındırmaq və ona mane olmaq lazımdır. Onun əks-hücum keçirdiyi halda öz tərəfindən güclü əks-həmlə keçirməyə çalışmaq lazımdır. Və nəticədə, nokaut təhlükəsi sizin üçün deyil, onun üçün olacaqdır.

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top