Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Qələbələrin növləri (nokaut ilə və ya xallara görə) də nəzərə alınır. İdmançının "peşəkarlar arasına" gəlişinə qədər həvəskar rinqdə əldə etdiyi nailiyyətlər hesaba alınmır.

Əsas təşkilatların (WBA, WBO, IBF, WBC) hər birinin öz, bir az fərqli olan qaydaları və reytinq-siyahıları var. Təşkilatın reytinqində birinci yeri qazanan boksçu dünya çempionu tituluna iddiaçıdır. Dünya çempionunun özü reytinq döyüşlərində iştirak etmir, lakin ona reytinq hesabına alınmayan "yoldaşlıq" görüşlərini keçirməyə icazə verilir. O, başqa versiyalar

üzrə dünya çempionları ilə görüşə bilər. Əgər boksçu bütün əsas versiyalar üzrə dünya çempionudursa, o, mütləq dünya çempionu (Kostya Dzyu) hesab edilir. Əgər dünya çempionu çempion kəmərinin müdafiəsi zamanı məğlub olursa, onda matç-revanş təyin edilə bilər. Bu yaxınlarda WBC rəhbəri Xose Suleyman Ümumdünya boks şurasının peşəkar boks qaydaları üzrə I-ci dünya Kubokunu keçirmək niyyətini bəyan etdi.

Yaş məhdudiyyəti. Peşəkar boksda yalnız bir yaş məhdudiyyəti var - boksçu 18 yaşdan gənc olmamalıdır. Boksçunun həvəskar boksdakı təcrübəsindən asılı olmayaraq, "peşəkar" karyerasında o öz ilk döyüşünü aşağıdakı düstur üzrə keçirməlidir: hər biri 3 dəqiqədən ibarət olan 4 raund. Reytinq döyüşləri adətən 6 və ya 8 raund davam edir. Dünya çempionu adı uğrunda döyüş hər biri 3 dəqiqədən ibarət olan 12 raundda keçirilir.

Döyüşün düsturu, vaxtı, tarixi və başqa məhdudiyyətləri haqqında boksçuların komandaları qabaqcadan, adətən bir neçə ay əvvəl razılığa gəlirlər. Həmçinin boksçunun rəqibi də əvvəlcədən müəyyən edilir. Bu, rəqiblərin ustalığını öyrənməyə və taktiki baxımdan hazırlaşmağa imkan verir. Rusiyada boksçunun Rusiya çempionu adı uğrunda çıxış edə bilməsi üçün, ona 6 raundda 2 döyüş və 8 raundda 2 döyüş keçirmək lazımdır.

Hakimlik. Bilavasitə hakimliyi referi və üç yan hakimi həyata keçirirlər. Matçın keçirilməsində həmçinin xronometrist hakim, məlumatlandırıcı hakim, həkim, supervayzer də iştirak edirlər. Referi və yan hakimləri reytinq döyüşlərinə promouter tərəfindən dəvət edilirlər. Çempion döyşləri üçün referi və hakimlər, döyüşün keçirildiyi versiyanın təşkilatı tərəfindən təyin edilirlər.

Referi rinqin "ağasıdır". Rinqdə baş verənlər referinin nəzarəti altında keçir.

Yan hakimi hər iki boksçuya verilən xalların hesabını aparır və hər raunddan sonra, hakim yazısında qeyd edilmiş nəticələri referiyə ötürür.

Xronometrist hakim raundların və fasilələrin sayına və onların müddətinə nəzarət edir.

Məlumatlandırıcı hakim boksçular, hakimlər briqadası və s. haqqında məlumatları hazırlayır və iştirak edənlərin hamısına bildirir.

Supervayzer həvəskar yarışlarda Baş hakimin yerinə yetirdiyi funksiyaları yerinə yetirir, habelə maliyyə vəsaitlərinin (mükafat fondları, nəqliyyat xərcləri və s.) bölgüsünə nəzarət edir.

Sekundantlar - hər boksçunun 4-dən artıq sekundantı ola bilməz. Onlardan biri baş sekundantdır. O, fasilə zamanı rinqin daxilində ola bilər. Rinq səkisinə ikidən artıq sekundant qalxa bilməz.

Xalların hesablanması. Yan hakimləri tərəfindən aparılır. Raundun qalibi 10 xal, uduzan isə - ən azı 6 xal alır. Xalların elektron sistem vasitəsilə hesablanmasına icazə verilmir. Boksçular tərəfindən qazanılmış xallar bərabər olduqda, heç-heçəni istisna etmək üçün çempion döyüşlərində qələbə daha çox raund udmuş boksçuya verilir. Həvəskar boksdan fərqli olaraq, xalların hesablanması zamanı zərbənin gücü də nəzərə alınır. 3 yüngül zərbə 1 sərt zərbəyə bərabərləşdirilir. Daha ağır zərbələr və nokauta gətirib çıxaran zərbələr də olur. Adətən raundda rəqibini nokdauna salan boksçuya üstünlük verilir. Qayda pozuntuları. Praktiki olaraq həvəskar boksdakı çərçivələrlə məhdudlaşır.

Döyüşün nəticələri. Döyüşün nəticəsi həvəskar boksda olduğu kimi ola bilər. Qeyd etmək lazımdır ki, heç-heçə kifayət qədər tez-tez rast gəlinən və yol verilən (çempion döyüşlərindən başqa) bir nəticədir.

· Xallara görə qələbə (XQ) döyüş zamanı daha çox xal toplayan boksçuya verilir.

· Xallara görə texniki qələbə (XTQ). Bokçulardan biri zədə almış və bilməyərəkdən qayda pozuntusu nəticəsində döyüşü davam edə bilmirsə, qələbə döyüşün dayandırıldığı anda (3-cü raunddan başlayaraq) daha çox xal toplamış boksçuya verilir.

· Nokaut (NK). Boksçu döyüş dayandırıldıqdan və referinin 10 saniyə hesablamasından sonra döyüşü davam etmək iqtidarında deyil və ya rinqin hüdudlarından kənara düşüb rinqə qalxmaq və referinin 20 saniyə hesablamasından sonra döyüşü davam etmək iqtidarında deyil.

· Texniki nokaut (TNK). Boksçulardan birinin qaydalar çərçivəsində edilmiş hərəkətləri nəticəsində digəri, referinin fikrincə, döyüşü davam edə bilmir (zədə, güclü nokdaun, ustalıqda fərq və s.)

· Heç-heçə (HH). İki yan hakimi bir-birinə əks olan qərarlar çıxardığı, üçüncü hakim isə heç-heçəni qeydə aldığı və ya üç hakimin üçü də (və ya üçündən ikisi) heç-heçə nəticəsini qeydə aldığı təqdirdə, verilir.

· Texniki heç-heçə (TH). Boksçu 1-ci və ya 2-ci raundda bilməyərəkdən qayda pozuntusu nəticəsində rəqibi zədələdiyi və ya döyüşün dayandırıldığı anda idmançılardan heç birinin xal üstünlüyünə malik olmadığı halda qeydə alınır.

· Diskvalifikasiya (DSK). Boksçu qəsdən kobud və ya ağır nəticələrə səbəb olan qayda pozuntusuna yol verdikdə, referi tərəfindən diskvalifikasiya edilir.

· Döyüşü davam etməkdən imtina (İMT). Boksçulardan biri və ya onun baş sekundantı müxtəlif səbəblərdən döyüşü davam etdirməkdən imtina edə və ya qonqdan sonra boksçu döyüşü davam etdirmək üçün küncdən çıxmaya bilər. Qələbə rəqibə verilir.

· Qərarsız (Q). Bu, referi tərəfindən ilk iki raundda boksçulardan və hakimlər briqadasından asılı olmayan səbəblərə görə döyüşü davam etdirməyin qeyri-mümkün olduğu təqdirdə çıxarılır. Bu halda boksçuların reytinqində dəyişikliklər baş vermir.

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top