Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Çəki kateqoriyaları 200 il əvvəl tətbiq edilmişdir. Əvvəlcə iki (yüngül və ağır) çəki kateqoriyası vardı. İndi "həvəskarlar"da 12 çəki kateqoriyası, "peşəkarlar"da isə 17 çəki kateqoriyası var. Həvəskar boksla peşəkar boksda kateqoriyalar və tərəzidə çəkilmə qaydası bir qədər fərqlidir.

Həvəskar boksda tərəzidə çəkilmə qaydası. Yarışların ilk günündə yarışlarda iştirak edəcək bütün boksçular tərəzidə çəkilirlər. Tərəzidə çəkilmə vaxtı adətən saaat 8.00-dən 10.00-ə qədərdir. Yarışın qalan günlərində yalnız həmin gün çıxış edən boksçular çəkilirlər. Birinci rəsmi çəkilmədə qeydə alınmış çəki boksçunun bu yarışların bütün günləri üçün çəki kateqoriyasını müəyyən edir. Boksçuya bu yarışlarda başqa kateqoriyada çıxış etməyə icazə verilmir. Tərəziyə yalnız bir dəfə çıxmağa icazə verilir.

Çəkilmək üçün elektron tərəzidən istifadə etməyə icazə verilir. Boksçu tərəzidə çılpaq və ya üzgüçü tumanında durmalıdır. Qadınlara futbolkada çəkilməyə icazə verilir. 12-14 yaşlı oğlanlarda tərəzidə çəkilmə bir dəfə, yarışların birinci günündə həyata keçirilir.

Boksçunun çəkisi lazım olan kateqoriyanın hüdudlarını aşmışdırsa, o zaman o, aşağıdakı şərtlərlə, başqa kateqoriya üçün yenidən iştirak ərizəsi göndərə bilər: birincisi, həmin kateqoriya üçün komandadan başqa boksçunun iştirak ərizəsi göndərilməməli, ikincisi, iştirak ərizəsi yalnız yarışlar başlananadək göndərilməlidir. Yarışı tərk etmiş boksçunun yerinə komanda başqa boksçunu iştirak siyahısına saldıra bilər, amma yenə də, yalnız yarışlara start verilməmişdən əvvəl. Tərəzidə çəkilməni yarışların Baş hakimi tərəfindən səlahiyyət verilmiş şəxslər həyata keçirirlər.

 

Həvəskar boksçuların çəki kateqoriyaları

Superyüngül 48 kq-a qədər.

Ən yüngül 51 kq-a qədər.

Yüngül 54 kq-a qədər.

Yarım-yüngül 57 kq-a qədər.

Yüngül 60 kq-a qədər.

1-сi yarım-orta 63,5 kq-a qədər.

2-ci yarım-orta 67 kq-a qədər.

1-ci orta 71 kq-a qədər.

2-ci orta 75 kq-a qədər.

Yarım-ağır 81 kq-a qədər.

Ağır 91 kq-a qədər.

Superağır 91 kq-dan yuxarı.

Peşəkar boksçuların tərəzidə çəkilməsi

Elektron, avtomatik və ya tibbi tərəzidə çəkilməyə icazə verilir. Döyüşün başlanmasından 24 saat tez olmayaraq və ən geci 8 saat qalmış həyata keçirilir. Tərəzidə çəkilmənin vaxtı promouter tərəfindən təyin edilir, həyata keçirilməsi ilə isə supervayzer məşğul olur.

Əgər boksçunun çəkisi matç üçün bəyan edilən kateqoriyaya uyğun gəlmirsə, ona çəkinin normaya gətirilməsi üçün 1 saat vaxt verilir. Əgər, buna baxmayaraq, çəki yenə də normaya uyğun gəlmirsə, o zaman döyüş baş tuta bilər, lakin bu boksçunun qələbəsi onun reytinqinin yüksəlməsi üçün əsas olmayacaq.

Peşəkarların çəki kateqoriyaları

"Lələk" çəkisi 105 funta qədər (47,627 kq.)

Ən yüngül 108 funta qədər (48,988 kq.)

"Milçək" çəkisi 112 funta qədər (50,802 kq.)

"Supermilçək" çəkisi 115 funta qədər (52,163 kq.)

"Xoruz" çəkisi 118 funta qədər (53,525 kq.)

"Superxoruz" çəkisi 122 funta qədər (55,338 kq.)

Yarım-yüngül 126 funta qədər (57,152 kq.)

Super yarımyüngül 130 funta qədər (58,967 kq.)

Yüngül 135 funta qədər (61,235 kq.)

Superyüngül 140 funta qədər (63,503 kq.)

Yarım-orta 147 funta qədər (66,678 kq.)

Super yarım-orta 154 funta qədər (69,855 kq.)

Orta 160 funta qədər (72,574 kq.)

Superorta 168 funta qədər (76,203 kq.)

Yarım-ağır 175 funta qədər (79,379 kq.)

Ağır 200 funta qədər (90,719 kq.)

Superağır 200 funtdan yuxarı

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top