Boks kisəsi ilə məşq

Boks kisəsi – dəqiqliyi, kəskinliyi və düz və yan boks zərbələrinin sürətini məşq etdirmək üçün nəzərdə tutulmuş dəri örtüklü qurğudur. Boks kisəsinə zərbələr qol əzələlərini və boksçunun ustalığını inkişaf etdirir.

Boks kisələrinin növləri

Ağır – ən sərt növdür. Dəridən, dəri əvəzedicisindən və ya brezentdən tikilmiş böyük silindrdır. Ağır boks kisəsi qum, taxta və ya rezin qırıntıları ilə doldurulur. Ağır kisə növünə zərbələr qüvvəni və gücü hiss etməyə kömək edir.

 

Orta – qurğunun klassik növüdür, çünki armudvari formaya malikdir, qədim zamanlardan istifadə olunur. Orta növ boks kisəsi üzərində zərbələrin məşq etdirilməsi rəqibi, onun başına zərbələr kombinasiyası endirərək vurub yıxmağa kömək edəcəkdir.

Pnevmatik – fiksasiya olunmuş boks qurğularından ən kiçiyidir, yalnız hava ilə doldurulur, adı da elə buradan gəlir. Bərkidilmə üsulundan asılı olaraq onun özünün də iki növü var. Birincisi bir ucu ilə platformaya təxminən baş səviyyəsində bərkidilir. İkincisi isə bağların köməyilə tavan ilə döşəmə arasında bərkidilir. Pnevmatik növlü boks kisəsi ilə məşq, zərbələrin dəqiqliyini, sürətini, kəskinliyini və sürətli reaksiyanı inkişaf etdirir.

Boks kisəsi ilə məşq. Boks kisəsi üzərində zərbələrin düzgün məşq etdirilməsi

* Məşqdən əvvəl yaxşı-yaxşı qızışmaq lazımdır. Bunun üçün dombalaqlar, qaçışlar, iplə tullanmalar yerinə yetirmək yaxşıdır. Yaxşı qızışma məşqi lazımsız travmaların qarşısını almağa kömək edəcəkdir, bunun özü isə çox vacib bir şeydir. Eyni şeyi qollar haqqında da demək olar. Qolları yaxşı qızışdırmadıqda əli asanlıqla zədələmək olar. Bunu etmək kifayət qədər asandır - əl, dirsəklər və çiyinlər ilə bir və digər istiqamətdə dairəvi hərəkətlər etmək olar.

* Əllərinizi zədələrdən qorumaq üçün xüsusi (elastik olmayan) bint ilə əllərinizi sarıyın. Həmçinin əlcəklər də taxmaq olar.

* Boks kisəsi 70-100 kiloqram çəkiyə malik olmalıdır, eyni zamanda boksçunun, tam gücü ilə zərbə endirdikdə qolunu zədələyə biləcəyindən qorxmaması üçün həddindən artıq bərk olmamalıdır. Zərbənin gücü saxlanıldıqda lazımi effektə nail olmaq daha çətin olur.

* Boks kisəsi ilə məşq fantaziyanı işə salmağı tələb edir. İdmançının qarşısında boks kisəsinin yox, real rəqibin olması təsəvvür edilərsə, əsl döyüşdə olduğu kimi zərbələri dəf etmək, onlardan yayınmaq və daima hərəkətdə olmaq mümkün olar.

* Həmçinin sürətin artırılmasına yönəlmiş zərbələr endirmək olar, bunu etdikdə zərbələr seriyasını sürətli və güclü şəkildə, hər dəfə sürəti və gücü artıraraq endirməyə çalışmaq lazımdır.

Boks kisəsi ilə məşq əli zədələyə bilər. Bunun qarşısını almaq üçün əlləri qorumaq və məşq etdirmək lazımdır. Adətən qorunma məqsədilə əlləri sarıyırlar və ya əlcəklər taxırlar. Məşq üçün isə yumruqlar üzərində jim və ya makivaraya (kəndirlə və ya küləş həsirlə sarınmış taxta parçası) zərbələrin endirilməsi kimi məşqlər əla uyğun gəlir.

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top