İplə tullanma

İplə tullanma (İngilis dilində skipping, skip – hoppanmaq, atlanmaq) – əzələlərin intensiv məşqini həyata keçirmək üçün ucuz və portativ idman qurğusudur, boksçu üçün bütün məşqlərin başlanğıcı və sonudur, digər idman növlərində də istifadə olunan dözümlülüyün inkişaf etdirilməsi üçün vasitədir.

İplə tullanma yüksək sürətli məşqlər keçirməyə, əzələlərin yaxşı qızışmasına imkan yaradır, dözümlülüyü inkişaf etdirir, lazımı əzələ qrupunu inkişaf etdirir.

İplə tullanma məşqi üçün yaxşı ip

İplə tullanma boksçuya maksimum nəticələr verməlidir. Bunun üçün düzgün ip seçmək lazımdır, çünki həddindən artıq uzun ipdən azad olmaq üçün fasilələr etmək idmançının lazımi ritmdən çıxmasına gətirib çıxarır. Ayaqların arxa tərəfə əyilməsi ilə olduğu kimi, ip çox qısa olduqda məşqin effekti zəifləyir.

İplə tullanmanın maksimum fayda verməsi üçün elə ip seçmək lazımdır ki, onun ortasında iki ayaqla durduqda o çiyinlər və ya bir az aşağı hündürlükdə olsun. Ən uyğun ölçü elə bu olacaqdır, beləliklə, iplə tullanma məşqləri rahat olacaqlar.

İp plastik, dəri və ya kətandan hazırlana bilər. Plastik ip havanı daha asan kəsir və bunun sayəsində daha sürətlə hərəkət edir, eyni zamanda təbii materiallardan hazırlanmış ip təsadüfən belə və ya ayaqlara dəydikdə daha az ağrı verir. İpin tutacaqları ağırlaşdırıcılarla olsa daha yaxşı olar – onlar tullanmalar zamanı qol əzələlərini məşq etdirməyə kömək edəcəklər. Diametrdə ipin özü 8-9 millimetrdən az olmamalıdır.

İplə tullanmalar

İplə necə tullanmaq lazım olduğunu hər kəs özü üçün özü seçə bilər, tullanmaları, onlara fasilələr vermədən növbələmək, həmçinin onlara müxtəlif ritm və sürət vermək olar. Ən çətin məşq– ipi bir tullanmada bir neçə dəfə fırlatmaqdır. Həm bərk, həm də bir az yayvari səth üzərində tullanmaq olar.

Sərt səth üzərində tullanmalar üçün idman ayaqqabıları geyinmək tövsiyə olunur, onların daha yaxşı amortizasiyası var və bunun sayəsində ayaq dabanlarının yastıqcıqları daha az döyəclənir, onurğa sütununa yüklənmə azalır. Ən yaxşısı ayaq pəncəsinə tam enməməkdir, bunu tədricən etmək lazımdır. Əvvəlcə yastıqcıqlara, sonra isə dabanları endirmək tövsiyə olunur. Daban mütləq enməlidir, əks halda ayaq altının yastılığı inkişaf edə bilər.

İplə tullanmanın əsas növləri:

Yüksək addımla – dizlərin belə qədər növbə ilə qaldırılması – sol, sağ və s. Ayaqlar çiyin enliyində – ayaqları çiyin enliyində qoymaq, tullanma zamanı onları bir yerə yığmaq və döşəməyə endikdə yenidən ilkin vəziyyətə qoymaq.

Qayçı – sağ ayağı irəli çıxardırıq, solu isə arxaya çəkirik. Tullanma zamanı yerlərini dəyişirik – solu irəli, sağı geri. İp ayaqlarınız havada bir yerdə olduqları zaman altınızdan keçir.

Dağ xizəkçisi – tullanmalar zamanı ayaqları bir yerə yığırıq və bir-birindən ayırmayaraq onların yerini bir tərəfdən digər tərəfə dəyişirik, bu vaxt bədən şaquli vəziyyətdə qalmağa davam edir.

Zınqırov – ayaqları bir yerə yığırıq, tullanmalar zamanı irəli və geriyə doğru hərəkət edirik. Eyni şeyləri bir, sonra isə digər ayaq üzərində etmək olar.

Yarıçevrilmələr – ayaqları bir yerə yığırıq, bükülmüş dizləri qaldıraraq tullanırıq və onları sol tərəfə çeviririk, yenə tullanırıq, dizləri sağ tərəfə çeviririk. Bu vaxt gövdəni fırlatmamağa, onu düz saxlamağa çalışırıq. Bu məşq qarın əzələlərini yaxşı inkişaf etdirir.

Çevrilmələr – yarıçevrilmələr zamanı edilən hərəkətlər, yalnız aradakı tullanmalar olmadan.

X-vari tullanmalar – növbə ilə ayaqları çarpaz şəkildə, yan tərəflərə, yenidən çarpaz şəkildə qoyuruq. Eyni şeyləri arada ayaqları yan tərəfə qoymamaqla da etmək olar, eyni zamanda öndə duran ayağı dəyişirik. Bu daha çətin variantdır.

Ayaqları irəli atma – ayaqları bir yerə yığırıq, sonra tullanma zamanı ayağı irəli atırıq, və bu cür ayaqları növbələyirik.

Ayaqları geri atma – ayaqları növbələyərək onları geri atırıq və eyni zamanda yan əzələyə toxunmağa çalışırıq. “

Kazaçyok” – daban toxunuşunu özümüzdən öndə və arxada növbələyirik.

Geri fırlatma – ayaqları bir yerə yığırıq və tullanırıq, ip əks tərəfə fırlanır. Bu məşq hərəkəti qamətin görünüşünü yaxşılaşdıracaqdır.

Qolların çarpazlaşdırılması – ayaqları bir yerə yığırıq, gah qolları çarpazlaşdıraraq, gah da yan tərəflərə açaraq iplə tullanmalar yerinə yetiririk.

İkiqat tullanmalar – ayaqları bir yerə yığırıq, mümkün qədər yuxarı tullanmaq üçün döşəmədən bacardığımız qədər güclü atlanırıq və ip altımızdan ən azı iki dəfə keçir.

İplə tullanmanı necə düzgün yerinə yetirmək olar?

Boksçu üçün ip çox vacib alətdir, çünki əzələlərin inkişafına, ürək-damar sisteminin, tənəffüs yollarının möhkəmləndirilməsinə təsir edir. Rinqdə idmançı həmişə hərəkətdə olur, bunun üçün isə güclü ayaqlar lazımdır. İplə tullanma bunun üçün lazım olan ayaq əzələlərini möhkəmləndirməyə əla kömək edir.

İplə tullanmaları rahat vəziyyətdə etmək tövsiyə olunur, çünki gərgin vəziyyətdə bədənin hərəkət etməsinə və ipin fırlanmasına daha çox enerji gedir. Tullanmaların müddətinin raundda olduğu kimi olmasına çalışırıq: üç dəqiqəlik tullanmalar, sonra birdəqiqəlik fasilə. Və beləcə, bir dəqiqədə tullanmaların sayını hər dəfə artıraraq üç yanaşma edirik.

Yüklənməni bərabər şəkildə bölüşdürmək lazımdır, bunun üçün tədricən tempi artırırıq və unutmuruq ki, əzələlərin istirahət etməsi və tənəffüsün bərpa olunması üçün fasilələr lazımdır, buna görə də mütləq fasilələr edirik, xüsusən də məşqlərin başlanğıc mərhələsində.

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top