Boks kisəsi ilə məşq

Boks kisəsi – dəqiqliyi, kəskinliyi və düz və yan boks zərbələrinin sürətini məşq etdirmək üçün nəzərdə tutulmuş dəri örtüklü qurğudur. Boks kisəsinə zərbələr qol əzələlərini və boksçunun ustalığını inkişaf etdirir.

Boks kisələrinin növləri

Ağır – ən sərt növdür. Dəridən, dəri əvəzedicisindən və ya brezentdən tikilmiş böyük silindrdır. Ağır boks kisəsi qum, taxta və ya rezin qırıntıları ilə doldurulur. Ağır kisə növünə zərbələr qüvvəni və gücü hiss etməyə kömək edir.

Ardını oxu...

Döşəmədən jimlər

Jim hərəkətləri nədir? Əslində jim hərəkətləri (latın dilində ventilabis-up) –döş, çiyin, üstəlik ayaq və qarın əzələlərinin bütün kateqoriyalarının işə cəlb olunduğu çox vacib bir prosedurdur. Bu qamətin möhkəmləndirilməsinin, döşün formasının korreksiyası və çiyin və qol formalarının modelləşdirilməsinin ən rahat və asan üsuludur. Bu prosedurun köməyilə siz öz fizioloji hazırlığınızı hökmən yaxşılaşdıracaqsınız, özünüzü gözəl və rahat hiss edəcəksiniz. Döş əzələləri başqa əzələlərin hamısından tamamilə fərqlidir: bütün əzələlər – bir istiqamətlidir və yalnız döş əzələləri – körpücük sümüyündən başlayaraq yarıhalqa şəklində şaxələnirlər.

Ardını oxu...

İplə tullanma

İplə tullanma (İngilis dilində skipping, skip – hoppanmaq, atlanmaq) – əzələlərin intensiv məşqini həyata keçirmək üçün ucuz və portativ idman qurğusudur, boksçu üçün bütün məşqlərin başlanğıcı və sonudur, digər idman növlərində də istifadə olunan dözümlülüyün inkişaf etdirilməsi üçün vasitədir.

Ardını oxu...

Boksçu yumruqlarını necə döyəcləyə bilər?

Boksçu yumruqlarını necə döyəcləyə bilər?

Nəzəri hissə

Boksa yeni gələn idmançıları çox vaxt öz yumruqlarını və hətta əl pəncələrini necə düzgün döyəcləmək lazım olduğu haqda söz-söhbətlər çaşdırır. Bu nə üçün lazımdır? Boksçular öz əllərini travmalardan qorumaq üçün döyəcləyirlər, və bunun üçün ilk növbədə əllərin zərbə səthlərini çox saylı zərbələrin

Ardını oxu...

Boksda zərbələr

Boksda zərbələr

Giriş

Boksda bir neçə əsas zərbə növü var, ümumilikdə isə onların iyirmi növü mövcuddur. Onlar bir-birindən təyinatı və vurulma nöqtəsi, məsafə və sürəti ilə fərqlənir, bu zaman qolların vəziyyəti dəyişir, beləliklə də qol ya düz və ya yarıbükülmüş vəziyyətdə ola bilər. Boks zərbələri kombinasiyalar, yəni zərbələr seriyası (bir-birinin ardınca gələn zərbələr) vurmağa imkan verən dəstələr formalaşdırır. Ustalıq və zərbələrin vurulma sürəti müxtəlif boks qurğularının köməyilə inkişaf etdirilir, zərbənin və ya zərbələr seriyasının müəyyən situasiyada tətbiqi isə təcrübə ilə gəlir.

Ardını oxu...

Qarın əzələlərini necə məşq etdiirmək olar?

Qarın əzələlərini necə məşq etdiirmək olar?

Giriş sözü

Yəqin ki, bizim çoxumuz özümüzə güzgüdə tez-tez baxırıq və tənqidi şəkildə deyirik: “Az yemək lazımdır, trenajor zalına yazılmağın artıq vaxtıdır” və qarını içəri çəkərək qarın əzələlərini hər gün məşq etdirməyə qərar veririk. Bəlkə qarın əzələlərin, yəni “pressin” nədən ibarət olduğunu, pressi necə, neçə dəfə və ev şəraitində necə məşq etdirmək lazım olduğunu əvvəlcə aydınlaşdırmaq lazımdır?

Qarın əzələlərinin quruluşu

Qarın əzələləri insanın qamətinin düz durmasına cavabdehdirlər, onlar onurğa sütununu saxlamağa kömək edir, qarın boşluğunda olan orqanları müdafiə edir, saxlayır və qarının divarını formalaşdırlar.

Press dörd əzələ qrupundan ibarətdir: qarının düz əzələsi, köndələn əzələ, xarici çəp və daxili çəp əzələlər. Bunun üçün də yeni başlayan idmançıların “gözəl pressə nail olmaq üçün qarın əzələlərini necə düzgün yükləmək olar?” sualına düzgün cavab belə olmalıdır: “yalnız məşq hərəkətləri kompleksi ilə” hər bir qarın əzələsini ayrı-ayrılıqda və digər əzələlərlə kombinasiyada yükləməklə.

Düz əzələ

Yerləşdiyi yer

Qarının ön səthində yerləşir. Düz əzələni eninə əzələ lifləri bölür və bununla böyük şöhrət qazanmış qarın əzələləri “kubikləri” formalaşdırırlar.

Funksiyası

Qabırğaların aşağı çəkilməsinə, gövdənin irəli əyilməsinə, döş qəfəsi fiksasiya olunduqda çanaq sümüyünün qaldırılmasına, belin və çanağın aşağı hissəsinin hərəkətinə görə cavabdehdir

Düz əzələni necə möhkəmləndirmək olar?

Döş qəfəsi hərəkətsiz olduğu zaman (bir neçə variantda, o cümlədən çəp lövhə üzərində) gövdənin və ayaqların arxası üstə uzanımış və oturaq vəziyyətdən qaldırılması, burulmalar, gövdənin döşəmədə uzanmış vəziyyətdə əyilmələri, çanaq sümüyü hərəkətsiz olduğu zaman gövdənin arxası üstə uzanmış vəziyyətdə qaldırılması.

Köndələn əzələ

Yerləşdiyi yer

Qarının əzələ korsetinin içində yerləşir (onun əzələ dəstələri üfüqi vəziyyətdə durur və beli əhatə edirlər).

Funksiyası

Qarını çəkir, daxili orqanları saxlayır. Köndələn əzələ zəifləyəndə o orqanları yaxşı saxlaya bilmir və bunun nəticəsində bədən fiqurunu korlayan sallaq və irəli çıxan qarın əmələ gəlir.

Köndələn əzələni necə möhkəmləndirmək olar?

Ayaqların müxtəlif variantlarda (əyilmiş və ya düz vəziyyətdə) qaldırılmaları

Xarici köndələn əzələ

Yerləşdiyi yer

Düz əzələnin yan tərəfində yerləşir.

Funksiyası

Gövdənin əyilməsinə, gövdənin digər tərəfə əyilməsinə (sol çəp əzələ sağa dönməyə, sağ isə - sola dönməyə görə cavabdehdir), döş qəfəsi fiksasiya olunduqda çanaq sümüyünün qaldırılmasına görə cavabdehdir, qabırğaları aşağı çəkir.

Xarici çəp əzələni necə möhkəmləndirmək olar?

Çevrilmələr, gövdəni fırlatma, o cümlədən uzanmış vəziyyətdə “velosiped”.

Daxili çəp əzələ

Yerləşdiyi yer

Xarici çəp əzələnin altında yerləşir.

Funksiyası

Gövdənin əyilməsində və döş qəfəsi fiksasiya olunduqda çanaq sümüyünün qaldırılmasında iştirak edir, gövdəni əzələnin özü yerləşdiyi tərəfə çevirir.

Daxili çəp əzələni necə möhkəmləndirmək olar?

Gövdəni fırlatma, turnikdə sallanmış vəziyyətdə dizlərin növbə ilə sağ və sol çiyinə doğru qaldırılması; gövdənin fırlanma ilə qaldırılması, yan tərəflərə əyilmələr.

Ümumiyyətlə məşq etdirilmiş qarın əzələlərinə nail olmaq üçün məşq hərəkətlərini çox təkrar etmək daha yaxşıdır, çünki qarın əzələləri dözümlü əzələlər kateqoriyasına aiddirlər. Bir konkret əzələnin məşq etdirilməsinə yönəlmiş məşq hərəkətlərini və eyni zamanda bir neçə əzələyə təsir edən qarışıq məşq hərəkətlərini qeyd etmək olar.

Turnikdə dartınmalar

Turnikdə dartılmalar

Giriş

Dartılma – bel, trapesiya, çiyin, qol və qarın əzələlərini möhkəmləndirən klassik güc məşqidir. Dartılmaların müntəzəm yerinə yetirilməsi, məsələnin texniki tərəfi düzgün öyrənilərsə və yaxşı sxem seçilərsə, artıq bir ay ərzində yaxşı nəticələr verə bilər. Ümumilikdə, dartılmalar texnikası kifayət qədər sadədir. Enli tutma ilə dartılmalar yerinə yetirildikdə - yüklənmə daha çox bel əzələlərinə düşür, yaxın tutma ilə dartılmalar zamanı isə - döş əzələlər qrupuna yüklənmə çoxalır. Dartılmalar sxeminin də heç bir çətinliyi yoxdur, onun əsas bəndi – mütəmadi qaydada məşq etməkdir.

Ardını oxu...

Yeni başlayanlar üçün qaçış texnikası

Yeni başlayanlar üçün qaçış texnikası

Giriş

Hər kəsə hərəkət üsulu kimi məlum olan bu idman növü mahiyyət etibarilə bir növ yerişdir, əgər qaçan və yeriyən insana diqqətlə baxsaq, o zaman onun bədəninin hər iki ayaq üzərində dayanmadığını görərik. Lakin uçuş anı da mövcuddur, yəni bu zaman bədən bir neçə millisaniyə ərzində havada olur, amma bu halda tullanma zamanı olduğu kimi aşağıya doğru deyil, irəli hərəkət edir. Qaçışın müxtəlif növləri bədəni formada saxlamaq üçün məşqlər, qaçdı-tutdu uşaq oyunu kimi, eləcə də qaydaları, pozuntuları, qalibləri və rekordçuları olan ciddi idman yarışı kimi nəzərdə tutulub. Bu idman növü Olimpiya oyunları kimi ən məşhur yarışda böyük yer tutur.

Ardını oxu...

Boksda sparrinq

Boksda sparrinq

Giriş

Boksda sparrinq – yarışa hərtərəfli hazırlaşmaq məqsədilə keçirilən, texnikanın, sürətin və taktikanın məşq etdirilməsinə yönəlmiş təlim qarşılaşmasıdır, lakin o demək olar ki, real döyüşdür. Sparrinq qarşılaşmaya hazırlığın vacib prosesidir. Boksda sparrinq tərəfdaşı anlayışı var – bu daha güclü və daha məşhur boksçunun məşq etməsi üçün onunla sparrinqdə iştirak edən idmançıdır.

 

Ardını oxu...

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top