HomeBoks ləvazimatlarıBoks əlcəkləri

Boks əlcəkləri

İndiki zamanda boks əlcəkləri boksun simvolu sayılır. Onların əcdadları haqqında ilk xatırlatmalar hələ 400 il e.ə. məlumdur: Misirdə sərdabə üzərində, alimlər tərəfindən üzərində əllərinə dəri kəmərlər dolanmış boksçuların döyüş rəsimləri olan freskalar tapılmışdır. Zamanla əlcəklərin forması təkmilləşdirilmişdir və bu qoruyucu amunisiyasız biz boksu daha təsəvvür edə bilmərik.

İdman tarixinə 8 iyul 1889-cu il daxil edilmişdir – bu gün Amerikada əlcəklərsiz sonuncu döyüş keçirilmişdir. Əlcəklərin mütləq istifadəsini boks qaydalarına 1867-ci ildə Kuinsberri markizi daxil etmişdir: o tarixdən etibarən boksçular 8 və ya 10-unsiyalı (1 unsiya 28,35 qramdan ibarətdir) əlcəklərdə vuruşmalı idilər, döyüş zamanı boksçularda əlcəklərin çəkisi eyni olmalı idi.

Boks əlcəklərinin mahiyyəti nədən ibarətdir?

Boks əlcəkləri idmançıların təhlükəsizliyini yaxşılaşdırdılar, onların döyüş texnikasını yüksəltdilər və boksu yeni inkişaf səviyyəsinə çıxartdılar. Əlcəkləri yüngül elastik dəridən və ya dəri əvəzedicisindən hazırlayırlar, onların yuxarı hissəsini və astarını at tükü və ya poliuretan təbəqəsi ayırır. Belə içlik əlin travmatizmini azaltmaq məqsədilə zərbəni yumşaltmağa imkan verir. Əlcəyin 2 hissəsi var – 4 barmaq və əlin pəncəsi daxil olan əsas və başbarmaq hissəsi. Zərbənin vurulduğu əlcək səthini ən çox ağ rəngə boyayırlar. Əlcəyin daxili hissəsi ovucun yuxarı hissəsində qaytanla bağlanılır.

Boks əlcəklərinin çəkisi

Boks əlcəkləri amunisiyasında əsas parametr unsiyalardır, yəni əlcəklərin çəkisidir. 67 kq-dək (daxil olmaq şərtilə) çəkidə yarışan boksçular 8 unsiyalıq, 67 kq-dan yuxarı çəkidə olanlar isə - 10 unsiyalıq əlcəklərdə yarışırlar. Peşəkar boksçular döyüşü 8 unsiyalıq əlcəklərdə və ya razılaşma əsasında – 6 unsiyalıq əlcəklərdə keçirirlər, əlcəklər qola yapışqanlı manjetlərin köməyi ilə bərkidilir.

Ümumiyyətlə, yapışqanlı boks əlcəklərini taxmaq daha asandır, ona görə də onlar məşqlər üçün çox uyğundur. Qaytanlanma ilə olan əlcəklər əli daha yaxşı fiksasiya edir, onlardan adətən peşəkar boksda və ya yarışlarda istifadə olunur. Kənardan kömək olmadan belə əlcəkləri taxmaq mümkün deyil, çünki qaytanları bağlamaq lazımdır.

Boks əlcəklərinin yarışlarda istifadəsi

Rəsmi döyüşlərdə əlcəklər yarış komissiyası və təşkilatçıları tərəfindən təsdiqlənməlidir, öz əlcəklərindən istifadə etmək isə olmaz. Yarışların qaydalarına görə hər bir əlcək cütündən ən çoxu 6 döyüşdə istifadə etmək olar. Qırmızı küncdə olan boksçu qırmızı əlcəklərdə, mavi küncdə olan onun rəqibi isə - mavi əlcəklərdə döyüşür.

Boks əlcəklərinin növləri

Əlcəklərin aşağıdakı növləri mövcuddur:

* Döyüş boks əlcəkləri,

* Məşq əlcəkləri,

* Yarışlar üçün əlcəklər,

* Peşəkar əlcəklər

* Uşaq üçün boks əlcəkləri.

Məşq əlcəklərinin içliyi böyük olur və buna görə də onların çəkisi daha ağırdır – 12, 14, 16 unsiya. Ən ağır əlcəklər – 22-unsiyalıqdır, onlardan super ağır çəkili boksçular istifadə edirlər. Məşq qurğuları üçün əlcəklərin daha nazik içlik qatı var, onlar əl pəncəsinin ətrafına rezinlə sıxılırlar və adi (başbarmaqsız) əlcəyə bənzəyirlər. Həvəskarlar üçün əlcəklər onunla fərqlənir ki, onlarda başbarmaq digər barmaqlara paralel tikilib ki, güclü, lakin düzgün olmayan zərbə vurulduqda başbarmaq sınmasın və ya çıxmasın. Əlcək növləri arasındakı fərqi daha əyani şəkildə təsəvvür etmək üçün boks əlcəkləri təsvirlərinə baxmaq daha yaxşı olar.

Uşaq üçün boks əlcəkləri iki növdə buraxılır: 7 yaşadək uşaqlar üçün 4-unsiyalıq və 7-9 yaşlı uşaqlar üçün -6 unsiyalıq.

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top