HomeBoks ləvazimatları

Boksçular üçün bintlər

İdman dünyasından uzaq olan adi insan görür ki, boksçular rinqdə öz bədənlərini zərbələrdən boks dəbilqəsi və əlcəklərlə müdafiə edirlər. Lakin kənar gözdən gizli olan bir neçə digər amunisiya əşyası da var ki, onlar idmançıya bu sərt idman növündə öz sağlamlığını qorumağa kömək edir.

Ardını oxu...

Boks kisəsi

Boksçular zərbələr texnikası üzərində bir tərəfdən bərkidilmiş digər tərəfdən hərəkətli ağır içliklə doldurulmuş qurğularda – boks kisələrində işləyirlər. Boks torbası trenajoru armud, torba (belə qurğu boks torbası adlanır) və ya “müqəvva boks kisəsi” (insan manekeni formasına malik olan) formasında ola bilər. 

Ardını oxu...

Boks əlcəkləri

İndiki zamanda boks əlcəkləri boksun simvolu sayılır. Onların əcdadları haqqında ilk xatırlatmalar hələ 400 il e.ə. məlumdur: Misirdə sərdabə üzərində, alimlər tərəfindən üzərində əllərinə dəri kəmərlər dolanmış boksçuların döyüş rəsimləri olan freskalar tapılmışdır. Zamanla əlcəklərin forması təkmilləşdirilmişdir və bu qoruyucu amunisiyasız biz boksu daha təsəvvür edə bilmərik.

Ardını oxu...

Boksda istifadə olunan trenajor

Boks trenajoru

Giriş

Hər bir boksçuya, həm yeni başlayan həm peşəkara, öz fiziki formasını daima yüksək səviyyədə saxlamaq çox vacibdir. Bunun üçün də məşqlər idmançının həyatında böyük əhəmiyyətə malikdir. Adətən, boksçunun məşqinə qızışma hərəkətləri, qaçış, iplə tullanma məşqləri, ümumi fiziki hazırlığın saxlanmasına yönəlmiş məşqlər, texnikanın təkmilləşdirilməsi, məşqçi və ya tərəfdaş ilə sparrinqlər, sürət keyfiyyətlərinin inkişafına yönəlmiş məşqlər, qarın əzələlərinin məşqi və məşqin sonunda – əzələlərin boşaldılması(rahatlaşdırılması) məşqləri daxildir.

Ardını oxu...

Fight ball trenajoru

Fight ball trenajoru

Fight ball haqqında giriş hissəsi

Əgər siz boks, tay boksu, kikboksinq və ya digər döyüş istiqamətində olan seksiyaya yazılıbsınızsa, demək tək güclü yox, həm də müvəffəqiyyətli olmağın vaxtı gəlib çatıb. Müvəffəqiyyətə doğru günbəgün, tam qətiyətlə və əzmlə getmək lazımdır. Fight ball trenajor espanderi bu işdə sizə çox faydalı olacaqdır.

Ardını oxu...

Boks rinqi

Boks hələ eramızdan əvvəl olimpiya idman növünə çevrilmişdir, lakin onda o indiki görünüşündən hələ çox uzaq idi. Məsələn, döyüşlər sadəcə küçələrdə keçirilirdi, meydançanın ölçüsünü isə tamaşaya baxmaq üçün yığılmış insanlar məhdudlaşdırırdılar. Qədim Yunanıstanda döyüş kvadrat formasında olan, səthi qum ilə örtülmüş meydançada keçirilirdi.

Ardını oxu...

Boks üçün kapa

Boks üçün kapa

 

Bu nədir?

Məşq sparrinqlərində və yarışlarda döyüşlər zamanı dişlərin və dodaqların müdafiəsi üçün boksçular kapalardan istifadə edirlər. Boks üçün silikon kapa dişləri, yanaqları və dodaqları yarılmalardan və əziklərdən, həmçinin ağızda müxtəlif yırtıq yaralarından və vurulub sındırılmış dişin nəfəs yoluna düşməsindən qoruyan dişlər üzərinə qoyulan yumşaq üzlükdür.

 

Kapa növləri

Kapalar birtərəfli (onu yuxarı çənəyə taxırlar) və ikitərəfli (onu hər iki çənəyə taxırlar) olur. Birçənəli kapa daha geniş yayılmışdır və idmançının tənəffüsünü çətinləşdirmir. İkiçənəli kapa – boksçunun dişlərini daha etibarlı şəkildə qoruyur, lakin nəfəs dəliyi kiçik olduğundan onunla daha çətin nəfəs alınır.

Kapa ilə bağlı qayda

Boks üçün kapalar – boksçunun mütləq təchizat elementidir: üzlük taxılmadan idmançını döyüşə buraxmırlar, sparrinq zamanı kapanın yerini xüsusi lüzum olmadan dəyişmək olmaz, lakin əgər sparrinq zamanı kapa düşürsə, hakim idmançını kənara çəkir, sekundant üzlüyü yuyur və boksçuya qaytarır. Boks qaydaları qırmızı rəngli kapadan istifadəni qadağan edir.

Üzlüyü idman mağazasında alıb, qaynadıb qızdıraraq çənəyə taxmaq və “özünə” uyğunlaşdırmaq olar. Yaxud da ki, kapaları diş mütəxəssisi ayrıca olaraq hər hansı bir boksçu üçün hazırlaya bilər – bu ən bahalı variantdır. Kapa yaş rezin süngərin içində plastmasdan və ya alüminiumdan olan təmiz bir bankada saxlanılır, hər dəfə istifadə olunduqdan sonra axar suda yuyulur.

Kapanı necə qaynadırlar?

Yeni başlayan boksçular çox vaxt soruşurlar ki, kapanı necə qaynadırlar? Üzlüyü 20-60 saniyəyə (termik təsirin müddəti kapanın hazırlandığı materialdan asılıdır) qaynayan suya qoyurlar, sonra isə sıxac ilə çıxardırlar, bir az soymasını gözləyirlər, yuxarı dişlərə taxırlar və təxminən 15-20 saniyə ərzində aşağı çənə ilə bərk sıxırlar. Sonra ağızdan çıxarırlar və birdəfəlik axar su ilə soyudurlar. Əgər çənə surəti alınmadısa – kapanı sadəcə yenidən qaynatmaq lazımdır. Yaxşı kapa yuxarı çənədə aşağı çənənin köməyi olmadan durur.

Lakin buna baxmayaraq, kapalar boksda dişlərin tam qorunması üçün panaseya deyillər. Daha yaxşı olar ki, yumşaq üzlüyə güvənməkdənsə boksçu öz müdafiəsini təkmilləşdirsin.

Boks üçün pəncələr (lapalar)

Boks üçün pəncələr

 

Boks üçün pəncələr – bu nədir?

Məşq elementləri arasında boksçu üçün vacib rolu pəncələrlə məşq oynayır. Boks üçün pəncələrin özü – üzərində tutma kəmərləri olan dəridən və dəri əvəzediciərindən olan yastıqlardır. Məşqçi və ya tərəfdaş pəncələri əllərinə taxır və onlardan öz tələbəsinin zərbələri üçün bir hədəf kimi istifadə edir və müxtəlif zərbələri imitasiya edir. Daxildən pəncələr daha möhkəm və yüngül olmaları üçün keçə, at tükü, penopolietilen və ya penopoliuretan ilə doldurulur.

 

Boks üçün pəncələrin növləri

Boks üçün pəncələrin əyri və yastı (belə pəncələrdən daha çox istifadə olunur) növləri var. Məşqçi yastı pəncələri taxır ki, boksçu ayaq və qol zərbələrini məşq etdirə bilsin, əyri pəncələrdən (əyri səthi olan) isə zərbələrin dəqiqliyini və sürətini cilalamaq üçün istifadə edir. İdmançının üzərinə zərbələr endirəcəyi yastı pəncənin daxili səthində ağ rəngli dairə(“hədəf nişanı”) çəkilir. Bundan başqa boks üçün universal pəncələr də mövcuddur: ölçüsünə görə onlar yastı və əyri pəncələrin arasında dururlar, onlar gücləndirilmiş yastığa və ağ rəngli dairəyə “hədəfə” malikdirlər.

Pəncə növlərindən biri – makivara bazu önünə bərkidilən boks üçün böyük bir pəncədir. Ondan ayaq zərbələrini məşq etdirmək üçün istifadə olunur.

Pəncələrlə məşq

Boksa ilk dəfə gələnlər üçün pəncələrlə məşq kənardan çətin və ağır görünür və bu doğrudan da elədir. Pəncələrlə işləmə dəqiqliyi, sürəti və zərbələrin gücünü məşq etdirməyə (xüsusilə güclü və dəqiq zərbələri, sanki hədəf üzərində), zərbələrin endirilməsi texnikasını cilalamağa, zərbə-müdafiə kombinasiyaları üzərində işləməyə imkan yaradır. Məşqçi pəncələri taxır sonra isə pəncələri lazımi bucaq altında göstərərək hərəkət zamanı zərbələr vurur və bununla əks-hücumları və onlardan müdafiəni, hərəkət zamanı zərbələri, hücuma keçmə və çıxmanı məşq etdirir. Pəncələr məşqçinin üzünə yaxın və bir-birindən böyük olmayan məsafədə qoyulur. Pəncələrlə məşq yalnız boks əlcəklərində keçirilir.

Pəncələrlə məşqin boksda aktiv şəkildə tətbiq edilməsi sovet müəllimi Xarlampiyevin xidmətidir, ilk olaraq o məşq zamanı pəncələrdən istifadə etmişdir. İllər keçdikdən sonra, müsbət nəticələr sayəsində pəncələrlə məşq bütün boks və digər təkbətək döyüş məktəblərində tətbiq edilməyə başlanmışdır.

Pəncələrin digər trenajorlardan fərqi

Stasionar məşq qurğuları – boks kisəsi və torbası ilə müqayisədə - boks üçün pəncələr əsl döyüşü imitasiya etmək üçün çox münasibdirlər: bu zaman məşqçi öz tələbəsinin qarşıdan gələn zərbəyə olan reaksiyasını və zərbələrin yüksək tempini saxlaya bilmə qabiliyyətini yoxlaya, həmçinin zərbələrlə yeriməsini məşq etdirə bilər. Həmçinin pəncələr, boks kisəsi(“qruşası”) ilə müqayisədə birincisi çox ağır, ikincisi isə asılmaq üçün qarmağa ehtiyac olmadığından çox mobildirlər, çünki onları həmişə özünlə səyahətə götürmək və münasib bir tərəfdaş yanında olanda bir az onunla məşq etmək olar.

Pəncələri seçirik

Adətən qısa dairəvi pəncələr seçmək tövsiyə olunur, hansılara ki boksçu zərbəni yan vurmur və hədəfə daha asan dəyir. Uzunsov pəncələrdə isə məşqçinin əlləri daha asanlıqla zədələnə bilər. Bu baxımdan zərbəni toxunma bucağı altında qəbul edən və bununla məşqçinin əllərini qoruyan boks üçün əyri pəncələr də çox rahatdır.

Məşqçi üçün məşq prosesində boks üçün keyfiyyətli pəncələrdən istifadə etmək çox vacibdir, çünki onlar onun əllərini və biləklərini etibarlı müdafiə ilə təmin edir. Bunun üçün də pəncələrin alışı zamanı pəncələrin biləklərdə etibarlı fiksasiyasına, “kürəciyin” (o əlavə olaraq zərbələri hopdurur) saxlanmasının rahatlığına və pəncənin daxili işlənməsinin erqonomik olmasına diqqət yetirmək lazımdır. Ümumiyyətlə, məşqçinin əli üçün pəncənin içində həm “durğunluq”, həm də məşq edənlərin güclü zərbələrinin əks etdirilməsi zamanı rahat olmalıdır. Boksçunun atributu kimi pəncələr uzun müddət xidmət edə bilərlər, lakin çox şey inventarın istehsalçısından asılıdır.

Boks dəbilqəsi

Boks dəbilqəsi

 

Giriş

Boks dəbilqəsindən boksçunun başını rəqibin zərbələrindən qorumaq üçün istifadə olunur. Məşqlər zamanı ondan bütün boksçular istifadə etsələr də, yarışlarda onlarda həvəskar səviyyəli boksçular çıxış edir. Dəbilqə yumşaq və kip şəkildə başa oturur və çənənin altından bağlanır.

Ardını oxu...

 

 

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top