Nokaut.az - Azərbaycanın N1 döyüş saytı

Nokaut.az saytı 2015 -ci ildə yaradılmışdır. Saytda əlbəyaxa döyüş idman növlərinin qaydaları, tarixi və xəbərləri haqqında oxuya bilərsiz.

Boks bölümündə, boks haqqında məqalələr, boks texnikası, boks məşqləri, boks ləvazimatları və boks qaydaları haqqında materiallar yerləşdirilib.

MMA bölümündə, MMA reytinqləri və MMA qaydaları haqqında maraqlı materillarla tanış ola bilərsiz.

Eyni zamanda diqər döyüş idman növləri haqqında da saytda materiallar var.

Ən əsası xəbərlər bölümündən, döyüş idman növlərində baş verən aktual yeniliklər və xəbərlərlə tanış olmaq olar.

Saytda idman qidaları və aksesuarları əldə etmək istəyən idmançılar üçün - İdman qidaları mağazası bölümü mövcuddur.

 

Boksda dözümlülüyün inkişaf etdirilməsi

Boksda texniki hazırlıqla yanaşı idmançının boks dözümlülüyünün inkişaf etdirilməsi qələbə qazanmaqda ən vacib faktorlardan biridir. Boksçunun inkişafı onun uzun müddət ərzində güc və psixoemosional gərginliyə effektiv şəkildə tab gətirməsi hesab edilir, eyni zamanda onun keçirdiyi döyüşün intensivliyi mümkün qədər uzun müddət ərzində ilkin səviyyədə qalmalıdır. Dözümlülüyün inkişaf etdirilməsi üçün bir çox metodikalar, məşqlər mövcuddur və hər bir idman növü üçün onlar özünəməxsus xüsusiyyətlərə malikdirlər.

Təməl

Dünya alimləri tərəfindən uzun illər ərzində aparılan tədqiqatların mühüm nəticələri əsasında boks dözümlülüyünün üsulları yaranmışdır. Onlar tərəfindən güc, eləcə də psixoloji keyfiyyətlərin təkmilləşdirilməsinə yönəlmiş xüsusi komplekslər işlənib hazırlanmışdır. Boksda dözümlülüyün inkişafı zərbənin gücü, döyüş fəallığının müddəti, reaksiyanın sürəti, rəqibin hərəkətlərinə düzgün və tez bir şəkildə cavab vermə bacarığı, həmçinin boksçunun bərpaya sərf etdiyi vaxt ilə təzahür olunur. Boksçu yetərli ümumi fiziki hazırlığa, inkişaf etmiş döyüş texnikasına və onun dözümlülüyünü artıracaq düzgün qoyulmuş tənəffüsə malik olmalıdır.

İnkişaf istiqamətləri

Boks dözümlülüyünə yönəlmiş məşqlərə başlamamışdan öncə dözümlülüyün hansı istiqamətlərinin mövcud olması haqqında öyrənmək və onların hər birinin göstəricilərini gücləndirmək lazımdır. Mütəxəssislər tərəfindən hazırlanmış metodikalara əsasən dözümlülüyün bir neçə istiqamətini qeyd etmək olar:

Ümumi (aerob) dözümlülüyün təkmilləşdirilməsi – idmançının orqanizminin, xüsusilə də dayaq-hərəkət, ürək-damar və tənəffüs sistemlərinin uzun müddət ərzində yüksək fəallıqla işləyə bilmə qabiliyyətidir.

Xüsusi (anaerob) dözümlülük – boksçunun sinir sisteminin döyüş zamanı kəskin dəyişikliklərə hazırlığı, diqqətin cəmləşdirilməsi, reaksiyanın sürəti, yerinə yetirilmiş zərbənin dəqiqliyi, yorğunluğa uzun müddət ərzində tab gətirə bilmə, emosional tarazlığı saxlama və enerjini qısa zamanda bərpa etmə qabiliyyətinə əsaslanır. Bu növ dözümlülüyünün formalaşdırılması boksçunun fiziki bacarıqları ilə yanaşı psixoloji bacarıqların da inkişaf etdirilməsini nəzərdə tutur. Xüsusi dözümlülüyün də, öz növbəsində bir neçə istiqaməti var, onlardan ən əsası isə güc dözümlülüyünün təkmilləşdirilməsi hesab olunur.

İnkişaf etdirilmə üsulları

Ümumi dözümlülüyün inkişafı əzələ sisteminin möhkəmləndirilməsi, hərəkət aktivliyinin çoxalması, döş qəfəsinin inkişaf etdirilməsi, tənəffüsün düzgün qoyuluşu, mütləq idmançının nəbzinə nəzarət etməklə tarazlıq üzərində işləmək üçün hazırlanmış məşqlərlə stimullaşdırılır. Əgər məqsəd kimi ümumi dözümlülüyün inkişaf etdirilməsi qoyulursa dözümlülüyün inkişaf etdirilməsinin bərabər ölçülü (uzun müddət ərzində az yüklənmənin tətbiq edilməsi) və dəyişkən (uzun müddət ərzində intensiv məşqlərin dəyişdirilməsi) üsullarından istifadə olunur.

Xüsusi dözümlülük - tərəfdaşla sərbəst və şərti döyüşlərdə, zərbənin qoyuluşundan, yüklənmələrin tədricən artırılması ilə məşq vaxtının azaldılmasından, sinir sisteminin gücləndirilmiş işə hazırlığından, lakin ilk növbədə - ümumi fiziki gücün inkişaf etdirilməsindən ibarətdir. Bunun üçün dözümlülüyün inkişaf etdirilməsinin intervallı (qısa zaman aralığı ərzində yüklənmə intensivliliyinin dəyişdirilməsi) və təkrar (daimi yüklənmə ilə və müəyyən edilmiş zaman ərzində intensivlik dərəcəsi ilə iş) üsulları daha böyük təsirə malikdirlər. Yarlışlarda dözümlülük əmsalı onun 3-cü raundda hücumun və müdafiənin effektivlik əmsallarının cəminin, onların bütün döyüş ərzindəki cəminin nisbətinə bərabər olduğunu göstərən düsturla hesablanır.

Məşqlər

Boks dözümlülüyünün inkişaf etdirilmə üsulları boks məşqçilərinin məşq proqramlarının əsasıdır. Ümumi dözümlülüyün inkişaf etdirilməsi– boksçunun hərtərəfli inkişafı üçün məşqlərdən ibarət olan gündəlik məşq kompleksidir. Dözümlülüyün inkişaf etdirilməsi üçün əsas məşqlər:

* Daimi və ya dəyişkən tempdə uzun məsafələrə qaçış və üzgüçülük, bu dayaq-hərəkət, əzələ və tənəffüs sisteminin inkişafını stimullaşdırır;

* İplə tullanmalar (10-15 dəqiqə ərzində dəqiqədə 120 – 140 tullanma) – boksçunun koordinasiyasının və tarazlığının yaxşılaşdırılmasına kömək edir;

* Komanda oyunları – beyin və görmə reaksiyalarının sürətini, diqqətin konsentrasiyasını stimullaşdırır;

* İdman yerişi;

* Tənəffüs gimnastikası və s.

Boksda güc dözümlülüyünün inkişaf etdirilməsi– idmançının yüksək fiziki və psixoemosional yüklənmələr şəraitində iş qabiliyyəti ilə və yorğunluğa tab gətirmək bacarığı ilə xarakterizə olunur. Güc dözümlüyünün inkişaf etdirilməsi boksçunun güc yüklənmələrinin tədricən artırılması şəraitində adi məşqlərlə müqayisədə qısa müddətdə qarşıda qoyulmuş məqsədlərə nail olmasıdır. Belə məşqlər savadlı mütəxəssisin nəzarəti altında, müəyyən periodikliklə keçirilir ki, idmançının orqanizminin gücünü bərpa etməyə imkanı olsun. Güc dözümlülüyünün inkişaf etdirilməsi müxtəlif ağırlaşdırıcıların (manjetlərin, kəmərlərin, hantellərin və s.) istifadəsini nəzərdə tutur, bu boksçunun bu məşq hərəkətinin yerinə yetirilməsi zamanı alışmış olduğu fiziki güc itkilərini artırmağa kömək edir. Məşq boksçunun tam yorulmasına qədər davam edir, sonra ona 2-3 dəqiqə istirahət verilir, bu zaman o nəbzə nəzarət etməlidir və nəbz dəqiqədə 100-120 döyüntüyə çatan kimi işə yenidən başlamalıdır.

Dözümlülük parametrinin yaxşılaşdırılmasına yönəlmiş məşqlər:

 * Sərbəst və ya şərti döyüşdə tərəfdaş ilə işləmə;

* Boks kisəsi və ya torbası üzərində güclü dəqiq zərbələrin və ya boks hərəkətlərinin məşq etdirilməsi;

* Məsafənin və sürətin dəyişdirilməsi ilə qaçış;

* Qarın əzələlərinin məşqi, dartılmalar və ayaqların qaldırılması;

* Yerindən sıçrayışlar, təkanlar, idman daşları və ştanqla qol yelləmələri;

* Pilləkanda qaçış, mümkün qədər yüksək hündürlüyə ayaq burunları üzərində tullanmalar;

* Yüklənmələrin, onların tezliyinin və gücünün növbə ilə dəyişdirilməsi.

Yaxşı nəticələrə nail olmaq üçün idmançı yalnız fiziki keyfiyyətlərini deyil, həm də iradə qüvvəsini, dözümlülüyü, məqsədyönlülüyü inkişaf etdirməlidir. Ümumi dözümlülüyün yaxşılaşdırılması – uzun və əziyyətli, böyük fiziki güc və daxili səy tələb edən və nəticədə boksçuya layiqli nəticə verən prosesdurdur. Bu məqaləni oxuyun və boksçular və atletlər üçün dözümlülüyü necə düzgün artırmaq lazım olduğu haqda faydalı məlumatı əldə edib ondan zövq alın. Diqqətə və şərhlərə görə hamıya təşəkkür edirik.

Xəbərlər

Dünya reytinq siyahısında 9 güləşçimizin adı var

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Nokaut.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 

Ardını oxu...

Cüdo üzrə seçməmizin sabiq çalışdırıcısı axtarışa verildi

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb. Nokaut.az xəbər verir ki, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi. Qeyd edək ki, Zayzenbaher 2 uşağı – 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur.

Ardını oxu...

Boks yığma komandalarımızın baş məşqçiləri müəyyənləşdi

Boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib. Boks Federasiyasından verilən məlumata görə, əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Ardını oxu...

Boks texnikası

Boksda müdafiə

Boksçular daima aşağıdakı iki istiqamətdə özlərini təkmilləşdirməlidirlər:

* hücumlarda;

* müdafiədə.

İdmançının texniki ustalığını onun zərbə vurmaq bacarıqlarına və onların variasiyalarına görə qiymətləndirirlər. Döyüş qabiliyyəti isə boksçunun müxtəlif müdafiə texnikalarını nə dərəcədə yaxşı bilməsi ilə müəyyən edilir.

Ardını oxu...

Boksda nokdaun

Nokdaun sözünün mənası

Boksda nokdaun ingilis dilindən sarsıdıcı zərbə kimi tərcümə olunur. Nokdaun – döyüşçünün, boksçunun rəqibin zərbəsi zamanı onun zərbəsindən yayınmağa imkan tapdığı, və ya hücumdan bacarıqlı şəkildə qaçaraq rinqə üçüncü dayaq nöqtəsi ilə, yəni dizi, əli və s. ilə toxunduğu haldır. Bu hallarda referi-hakim birdən səkkizə kimi saymağa başlayır.

Ardını oxu...

Boksda nokaut

Boksda nokaut nədir?

Nokaut – rəqiblərdən birinin ona digəri tərəfindən çox güclü zərbə və ya zərbələr seriyası endiridikdən 10 saniyə sonra qarşılaşmanı davam edə bilməməsi halında rinqdə boks qarşılaşmasının yekunlaşma variantıdır. Əksər hallarda o sarsılmış vəziyyətdə döşəmə üzərində uzanır. Nokaut nəticəsində idmançının huşunun itirilməsi, beyin silkələnməsi, güclü başgicəllənmənin inkişafı, müvazinətin pozulması və s. müşahidə oluna bilər.

Ardını oxu...

Boks məşqləri

Boks kisəsi ilə məşq

Boks kisəsi – dəqiqliyi, kəskinliyi və düz və yan boks zərbələrinin sürətini məşq etdirmək üçün nəzərdə tutulmuş dəri örtüklü qurğudur. Boks kisəsinə zərbələr qol əzələlərini və boksçunun ustalığını inkişaf etdirir.

Boks kisələrinin növləri

Ağır – ən sərt növdür. Dəridən, dəri əvəzedicisindən və ya brezentdən tikilmiş böyük silindrdır. Ağır boks kisəsi qum, taxta və ya rezin qırıntıları ilə doldurulur. Ağır kisə növünə zərbələr qüvvəni və gücü hiss etməyə kömək edir.

Ardını oxu...

Döşəmədən jimlər

Jim hərəkətləri nədir? Əslində jim hərəkətləri (latın dilində ventilabis-up) –döş, çiyin, üstəlik ayaq və qarın əzələlərinin bütün kateqoriyalarının işə cəlb olunduğu çox vacib bir prosedurdur. Bu qamətin möhkəmləndirilməsinin, döşün formasının korreksiyası və çiyin və qol formalarının modelləşdirilməsinin ən rahat və asan üsuludur. Bu prosedurun köməyilə siz öz fizioloji hazırlığınızı hökmən yaxşılaşdıracaqsınız, özünüzü gözəl və rahat hiss edəcəksiniz. Döş əzələləri başqa əzələlərin hamısından tamamilə fərqlidir: bütün əzələlər – bir istiqamətlidir və yalnız döş əzələləri – körpücük sümüyündən başlayaraq yarıhalqa şəklində şaxələnirlər.

Ardını oxu...

İplə tullanma

İplə tullanma (İngilis dilində skipping, skip – hoppanmaq, atlanmaq) – əzələlərin intensiv məşqini həyata keçirmək üçün ucuz və portativ idman qurğusudur, boksçu üçün bütün məşqlərin başlanğıcı və sonudur, digər idman növlərində də istifadə olunan dözümlülüyün inkişaf etdirilməsi üçün vasitədir.

Ardını oxu...

Boks ləvazimatları

Boksçular üçün bintlər

İdman dünyasından uzaq olan adi insan görür ki, boksçular rinqdə öz bədənlərini zərbələrdən boks dəbilqəsi və əlcəklərlə müdafiə edirlər. Lakin kənar gözdən gizli olan bir neçə digər amunisiya əşyası da var ki, onlar idmançıya bu sərt idman növündə öz sağlamlığını qorumağa kömək edir.

Ardını oxu...

Boks kisəsi

Boksçular zərbələr texnikası üzərində bir tərəfdən bərkidilmiş digər tərəfdən hərəkətli ağır içliklə doldurulmuş qurğularda – boks kisələrində işləyirlər. Boks torbası trenajoru armud, torba (belə qurğu boks torbası adlanır) və ya “müqəvva boks kisəsi” (insan manekeni formasına malik olan) formasında ola bilər. 

Ardını oxu...

Boks əlcəkləri

İndiki zamanda boks əlcəkləri boksun simvolu sayılır. Onların əcdadları haqqında ilk xatırlatmalar hələ 400 il e.ə. məlumdur: Misirdə sərdabə üzərində, alimlər tərəfindən üzərində əllərinə dəri kəmərlər dolanmış boksçuların döyüş rəsimləri olan freskalar tapılmışdır. Zamanla əlcəklərin forması təkmilləşdirilmişdir və bu qoruyucu amunisiyasız biz boksu daha təsəvvür edə bilmərik.

Ardını oxu...

MMA reytinqləri

UFC reytinqi (yarımağır çəki)

Yarım ağır çəki

 Çempion : Daniel Cormier
Ardını oxu...

UFC reytinqi (ağır çəki)

Ağır çəki

Çempion : Stipe Miocic
Ardını oxu...

Boks məktəbi

Boksda dözümlülüyün inkişaf etdirilməsi

Boksda texniki hazırlıqla yanaşı idmançının boks dözümlülüyünün inkişaf etdirilməsi qələbə qazanmaqda ən vacib faktorlardan biridir. Boksçunun inkişafı onun uzun müddət ərzində güc və psixoemosional gərginliyə effektiv şəkildə tab gətirməsi hesab edilir, eyni zamanda onun keçirdiyi döyüşün intensivliyi mümkün qədər uzun müddət ərzində ilkin səviyyədə qalmalıdır. Dözümlülüyün inkişaf etdirilməsi üçün bir çox metodikalar, məşqlər mövcuddur və hər bir idman növü üçün onlar özünəməxsus xüsusiyyətlərə malikdirlər.

Ardını oxu...

Boksda sürətin inkişaf etdirilməsi

Sürətin inkişaf etdirilməsi

Giriş

Müasir dövrdə gənclər özlərini hər hansı bir idman növündə tapmağa çalışırlar və onların bir çoxu məhz boksu seçirlər. Bu onunla izah olunur ki, boksla məşğul olma yalnız güc məşqlərinin yerinə yetirilməsini deyil, həm də ilk növbədə idmançının sürətinin, dözümlülüyünün, gücünün, həmçinin tez bir zamanda qərar qəbul etmə, rəqibin strategiyasındakı xırda dəyişikliklərə reaksiya göstərmək və əlbəttə ki, onun hərəkətlərinin bir neçə addım qabağa hesablaya bilmə bacarığının inkişaf etdirilməsini nəzərdə tutur. Gücün və dözümlülüyün inkişaf etdirilməsi ilə yanaşı, boksçunun sürətinin artırılması onun bacarıqlarının təkmilləşdirilməsində ən vacib mərhələlərdən biridir. Sürət məşqlərinə zərbənin sürətinin, boksçunun reaksiyasının və qaçış sürətinin inkişaf etdirilməsini nəzərdə tutan məşqlər daxildir.

Ardını oxu...

Boksda gücün inkişaf etdirilməsi

Gücün inkişaf etdirilməsi

Giriş

Boksda, eləcə də digər döyüş idman növlərində yüksək nəticələrə nail olmağın ən vacib amillərindən biri idmançının gücünün inkişaf etdirilməsidir. Bu proses daimi inkişaf, fiziki göstəricilər üzərində işləmə, döyüş bacarıqlarının təkmilləşdirilməsi, rəqibin psixologiyasının öyrənilməsi və əlbəttə ki, iradə qüvvəsinin inkişaf etdirilməsini nəzərdə tutur. Buna görə də təcrübəli məşqçinin işi yalnız fiziki göstəricilərə, gücün inkişaf etdirilməsi üsullarına və zərbə gücünün artırılması üçün məşqlərə deyil, həm də idmançının iradə qüvvəsi, məqsədyönlülük, səbirlilik kimi daxili keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlməlidir.

Ardını oxu...

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top