Nokaut.az - Azərbaycanın N1 döyüş saytı

Nokaut.az saytı 2015 -ci ildə yaradılmışdır. Saytda əlbəyaxa döyüş idman növlərinin qaydaları, tarixi və xəbərləri haqqında oxuya bilərsiz.

Boks bölümündə, boks haqqında məqalələr, boks texnikası, boks məşqləri, boks ləvazimatları və boks qaydaları haqqında materiallar yerləşdirilib.

MMA bölümündə, MMA reytinqləri və MMA qaydaları haqqında maraqlı materillarla tanış ola bilərsiz.

Eyni zamanda diqər döyüş idman növləri haqqında da saytda materiallar var.

Ən əsası xəbərlər bölümündən, döyüş idman növlərində baş verən aktual yeniliklər və xəbərlərlə tanış olmaq olar.

Saytda idman qidaları və aksesuarları əldə etmək istəyən idmançılar üçün - İdman qidaları mağazası bölümü mövcuddur.

 

Boksda sürətin inkişaf etdirilməsi

Sürətin inkişaf etdirilməsi

Giriş

Müasir dövrdə gənclər özlərini hər hansı bir idman növündə tapmağa çalışırlar və onların bir çoxu məhz boksu seçirlər. Bu onunla izah olunur ki, boksla məşğul olma yalnız güc məşqlərinin yerinə yetirilməsini deyil, həm də ilk növbədə idmançının sürətinin, dözümlülüyünün, gücünün, həmçinin tez bir zamanda qərar qəbul etmə, rəqibin strategiyasındakı xırda dəyişikliklərə reaksiya göstərmək və əlbəttə ki, onun hərəkətlərinin bir neçə addım qabağa hesablaya bilmə bacarığının inkişaf etdirilməsini nəzərdə tutur. Gücün və dözümlülüyün inkişaf etdirilməsi ilə yanaşı, boksçunun sürətinin artırılması onun bacarıqlarının təkmilləşdirilməsində ən vacib mərhələlərdən biridir. Sürət məşqlərinə zərbənin sürətinin, boksçunun reaksiyasının və qaçış sürətinin inkişaf etdirilməsini nəzərdə tutan məşqlər daxildir.

 

Boksçunun sürətinin inkişaf etdirilməsi

Yeni başlayan boksçunun hazırlığı zamanı təcrübəli məşqçinin əsas vəzifəsi idmançıya zərbə alma qorxusunun öhdəsindən gəlməyi öyrətməkdir. Boksçunun sürəti və zərbəyə hazırlığı – istənilən döyüş texnikasının əsas tərkib hissələridir. Zərbə alarkən “gözləri yummaq və geri çəkinmək” şərtsiz refleksi hər

bir insana xas olan bir xüsusiyyətdir, lakin boksçu qarşıdan gələn təhlükəni vaxtında görməlidir, ona daxilən hazır olmalıdır və fikrən onu, özü üçün mümkün qədər az fəsadlarla dəf etmək imkanını tapmalıdır. Zərbə qəbul etməni məşq etdirmək üçün boksçunun baş nahiyəsinə yüngül zərbələr yerinə yetirəcək məşqçi və ya tərəfdaşla işləmək və onlara cavab vermək tövsiyə olunur. Reaksiyanın sürəti və zərbə qəbul etmə üzərində ilk məşqlərdən etibarən işləmək lazımdır, əks halda düzgün olmayan müdafiə texnikasına yiyələnmək olar, hansını ki sonra düzəltmək çox çətin olacaqdır.

Başlıca olaraq idmançı özünü, zərbəni qəbul etmə anında geri çəkinməməyə və gözləri yummamağa, əksinə, sürətli və düzgün şəkildə rəqibin zərbəsini qəbul etməyə və ona özü üçün əlverişli şəkildə cavab verməyə öyrəşdirməlidir. Bu bacarıqlar öz-özünə əmələ gəlmir, bunun üçün səylə məşq etmək lazımdır. Rəqibə vurulan zərbələrin sürətinin inkişaf etdirilməsi və rəqibin zərbələrindən yayınmalar üçün məşqlərdə boksçular unikal fight ball trenajorundan istifadə edirlər. Bu trenajor haqqında daha ətraflı məlumatı aşağıdakı linkə keçid alaraq öyrənə bilərsiniz: fight ball al.

Reaksiya sürətinin inkişaf etdirilməsi

Boksçunun reaksiya sürətinin inkişaf etdirilməsi istər müdafiə, istərsə də hücümedici döyüş texnikasında çox mühüm rol oynayır. Boksçunun zərbəyə qarşı reaksiyasını şərti olaraq bir neçə mərhələyə bölmək olar: zərbənin gözlənilməsi (idmançı rəqibinin hərəkətlərini diqqətlə izləyir, diqqətini onun döyüş texnikasına cəmləyir, daxilən güclü gərginlik keçirir), hazırlıq (boksçu fikrini endiriləcək zərbəyə yönəldir, xəyalən zərbəni endirməyə hazırlaşır, idmançının beyni qıcıqlanma barədə siqnal ötürür) və zərbənin həyata keçirilməsi (impuls idmançının əzələ sisteminə xəbər ötürür və zərbə yerinə yetirilir).

Çox zaman ilk iki mərhələ boksçudan ciddi psixoloji səy və zaman tələb edir. Rəqibin növbəti gedişini anlamaq və cavab reaksiyasını hazırlaya bilmək üçün boksçuya lazım olan vaxtın minimallaşdırılması üçün ilk növbədə tərəfdaşla və ya “pəncə üzərində” məşğlələrin yerinə yetirilməsi, havada yüngül sürətli zərbələri işləmək, rəqibi daim nəzər dairəsində saxlaya bilməyi öyrənmək və onun hərəkətlərini öncədən proqnozlaşdırmağa çalışmaq tövsiyə olunur. Döyüş texnikasını təkmilləşdirməklə boksçu öz hərəkətlərinin avtomatlaşdırılmasına nail olur ki, bu da ona rinqdə mövcud gərginliyə daha asan uyğunlaşmağa, rəqibin taktikasını anlamaq üçün lazım olan vaxtı qısaltmağa və döyüş zamanı sürətli hücumun həyata keçirilməsinə imkan verir.

Reaksiyanın sürəti boksçuya yalnız rəqibin hücumunu əvvəlcədən hiss etməyə deyil, həm də yerini rinqdə sürətlə dəyişməyə və əlverişli şəkildə öz zərbələrini endirməyə imkan verir. Şübhəsiz ki, bunun üçün əzələlərin yığılma sürətinin inkişaf etdirilməsi və idmançının texniki hazırlığı böyük əhəmiyyət kəsb edir.

Reaksiya sürətinin inkişaf etdirilməsi - video

Zərbənin sürətinin inkişaf etdirilməsi

Qələbə qazanmaq üçün zərbənin sürətinin inkişaf etdirilməsi, eləcə də boksçunun reaksiyasının sürətinin inkişaf etdirilməsi də böyük əhəmiyyət kəsb edir. Bunlar bir-biri ilə birbaşa əlaqədədir. Yuxarıda öyrəndiyimiz kimi (bizim halda bu rəqibin hücumudur) idmançının beyni əzələ sisteminə impuls verir, onlara cavab olaraq əzələlər yığılma ilə cavab verir, bunun nəticəsində isə hərəkət baş verir. Boksçu tərəfindən edilən hərəkətlər arasında ən təsirli olanları hücuma və əks-hücuma yönəldilən zərbələr hesab edilir, onların əsasında əzələ yığılmalarının sürəti və endirilmə dəqiqliyi durur.

 

Düzgün qoyulmuş zərbə bir neçə mərhələdən ibarətdir: döşəmədən ayaqla təkan vermə, gövdənin fırlanması, bədən çəkisinin “təkanverici” ayağa yönəldilməsi və qolla hərəkət. Boksçu zərbəsinin sürəti hərəkətin artan sürətlə həyata keçirilməsi və sona yaxın zərbə gücünün artması ilə xarakterizə olunur. Buna daha çox zərbələrin üzərində yüksək güc və görmə yüklənməsi ilə işləmək (burada ağırlaşdırıcılardan, hantellərdən, espanderlərdən, siqnal blokları olan maketlərdən, elektron hədəflərdən istifadə nəzərdə tutulur) kömək edir. Əgər boksçu yüksək gərginliklə işlədiyi zaman sürətli güclü zərbə vura bilirsə, rinqdə, gərginlik olmayan zaman, zərbə daha sürətli və güclü alınacaqdır.

Ağırlaşdırıcılarla işləyərkən işə minimal çəki ilə başlayıb onu tədricən artırmaq lazımdır. Ağırlaşdırıcılarla iş idmançının yorulmaması məqsədilə müəyyən olunmuş vaxt çərçivəsində (hər idmançı üçün fərdi qaydada müəyyən edilir) yerinə yetirilir. Məşqlər savadlı mütəxəssisin nəzarəti altında aparılmalı, zərbələrin texniki tərəfdən düzgün icrasına mütləq əməl olunmalıdır. Əl üçün ağırlaşdırıcılar arasında əsasən hantellər, idman daşları, həmçinin manjetlər, kəmərlər və jiletlərdən istifadə olunur. Onlardan ona görə istifadə edilir ki, onların sayəsində lazımi yüklənməni seçmək və tədricən artırmaq daha asandır, həmçinin zərbələrin üzərində işləmək daha rahatdır. Bundan əlavə, hantellər yalnız bazu önünün deyil, həmçinin yumruq əzələlərinin inkişafını da stimullaşdırır. Zərbə endirilərkən ağırlaşdırıcının çəksini vaxtaşırı artırılmaq və azaltmaq, məşqin sonunda isə zərbələrin üzərində onlarsız yenidən işləmək yaxşı məşq hesab edilir.

Belə məşqlər zamanı mümkün qədər tez, məşq dövrələrini mütəmadi olaraq təkrarlayaraq işləmək tövsiyə olunur. Qollar üçün ağırlaşdırıcılarla yanaşı boksçular həmçinin ayaq üçün ağırlaşdırıcılardan (manjetlərdən) istifadə edirlər. Belə ağırlaşdırıcılarla iş zamanı qaçış, tullanmalar, çömbəlmələr və digərləri əsas məşqlər hesab edilir. Bu məşqlər sürətlə yanaşı idmançının dözümlülüyünü inkişaf etdirir. Bundan başqa boksçunun fiziki inkişafına qaçış sürətinin inkişaf etdirilməsi də əhəmiyyətli dərəcədə təsir edir. Bu halda ən vacib məşq çalışmaları aşağıdakılardır: sürətlənməyə yönəlmiş qaçış, maneələrlə qaçış, çəkinin tədricən artırılması ilə ağırlaşdırıcılarla qaçış, sürətin və siqnalla istiqamətin dəyişdirilməsi ilə qaçış və s.

Zərbənin sürətinin inkişaf etdirilməsi - video

Sürətin artırılmasına yönəlmiş məşqlər

Çiyin kompleksi əzələlərinin məşq etdirilməsi

 

* qumla doldurulmuş topu divara və ya tərəfdaşa atma, tərəfdaşın əlindən topu vurub salma;

* Espanderin və ya jqutun köməyilə əzələlərin dartılması və zərbələrin inkişaf etdirilməsi;

* Elektron hədəflərdən və siqnal maketlərdən istifadə etməklə görmə reaksiyasının inkişaf etdirilməsi;

* Maksimum sürətlə boks kisəsi və ya torbası üzərində zərbələr seriyasının yerinə yetirilməsi;

* Tərəfdaş ilə hər bir zərbə növünün sürətlənməsinə yönəlmiş məşq;

* Ağırlaşdırmalarla və ağırlaşdırmalarsız, çəkinin dəyişdirilməsi ilə zərbələrin növbə ilə yerinə yetirilməsi;

* Qolların qatlanması və açılması (yan tərəflərə və ya dairəvi hərəkətlərlə), qolları (şaquli və üfüqi istiqamətdə) oynatmaq, məşq hərəkətlərini maksimum dərəcədə tez, ayaqüstü vəziyyətdə və ya yerimə və ya yüngül qaçış ilə kompleksdə yerinə yetirmək tələb olunur.

Gövdə əzələlərinin məşq etdirilməsi

 

* Növbə ilə irəli və geriyə doğru əyilmələr, sağ və sol tərəfə çevrilmələr;

* Siqnalla istiqamətin dəyişdirilməsi ilə gövdə ilə dairəvi hərəkətlər;

* Halqa ilə hərəkətlər, gövdənin tullanma zamanı çevrilməsi, iplə tullanmalar;

* Qəfil sürətlənmə və ya siqnalla istiqamətin dəyişdirilməsi ilə qaçış;

* Ağırlaşdırıcılarla və ağırlaşdırılmasız müdafiə və hücum hərəkətlərinin məşq etdirilməsi;

* Digər idman növləri (basketbol, tennis, voleybol, beysbol) və s.

Peşəkar boksçunun müvəffəqiyyət qazanması üçün ən əsas amillər – daimi inkişaf və qələbə əzmidir. Yüksək nəticələrin əldə olunmasında ən vacib faktorlar gücün, sürətin, dözümlülüyün inkişaf etdirilməsi, özündə, idmançının hərtərəfli hazırlığına yönəlmiş məşqləri daxil edən düzgün məşq proqramının seçilməsi, iradə qüvvəsi və qələbə qazanmağa can atmaqdır. Bunların hamısı, şübhəsiz ki, qələbənin tərkib hissələridir, lakın döyüş texnikasını da daima təkmilləşdirmək və “reaksiya” üzərində işləmək lazımdır, çünki rəqibin döyüş taktikasını hesablayıb vaxtında öz taktikanı dəyişmək – rinqdə mühüm üstünlük əldə etmək deməkdir.

Xəbərlər

Dünya reytinq siyahısında 9 güləşçimizin adı var

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Nokaut.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 

Ardını oxu...

Cüdo üzrə seçməmizin sabiq çalışdırıcısı axtarışa verildi

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb. Nokaut.az xəbər verir ki, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi. Qeyd edək ki, Zayzenbaher 2 uşağı – 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur.

Ardını oxu...

Boks yığma komandalarımızın baş məşqçiləri müəyyənləşdi

Boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib. Boks Federasiyasından verilən məlumata görə, əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Ardını oxu...

Boks texnikası

Boksda müdafiə

Boksçular daima aşağıdakı iki istiqamətdə özlərini təkmilləşdirməlidirlər:

* hücumlarda;

* müdafiədə.

İdmançının texniki ustalığını onun zərbə vurmaq bacarıqlarına və onların variasiyalarına görə qiymətləndirirlər. Döyüş qabiliyyəti isə boksçunun müxtəlif müdafiə texnikalarını nə dərəcədə yaxşı bilməsi ilə müəyyən edilir.

Ardını oxu...

Boksda nokdaun

Nokdaun sözünün mənası

Boksda nokdaun ingilis dilindən sarsıdıcı zərbə kimi tərcümə olunur. Nokdaun – döyüşçünün, boksçunun rəqibin zərbəsi zamanı onun zərbəsindən yayınmağa imkan tapdığı, və ya hücumdan bacarıqlı şəkildə qaçaraq rinqə üçüncü dayaq nöqtəsi ilə, yəni dizi, əli və s. ilə toxunduğu haldır. Bu hallarda referi-hakim birdən səkkizə kimi saymağa başlayır.

Ardını oxu...

Boksda nokaut

Boksda nokaut nədir?

Nokaut – rəqiblərdən birinin ona digəri tərəfindən çox güclü zərbə və ya zərbələr seriyası endiridikdən 10 saniyə sonra qarşılaşmanı davam edə bilməməsi halında rinqdə boks qarşılaşmasının yekunlaşma variantıdır. Əksər hallarda o sarsılmış vəziyyətdə döşəmə üzərində uzanır. Nokaut nəticəsində idmançının huşunun itirilməsi, beyin silkələnməsi, güclü başgicəllənmənin inkişafı, müvazinətin pozulması və s. müşahidə oluna bilər.

Ardını oxu...

Boks məşqləri

Boks kisəsi ilə məşq

Boks kisəsi – dəqiqliyi, kəskinliyi və düz və yan boks zərbələrinin sürətini məşq etdirmək üçün nəzərdə tutulmuş dəri örtüklü qurğudur. Boks kisəsinə zərbələr qol əzələlərini və boksçunun ustalığını inkişaf etdirir.

Boks kisələrinin növləri

Ağır – ən sərt növdür. Dəridən, dəri əvəzedicisindən və ya brezentdən tikilmiş böyük silindrdır. Ağır boks kisəsi qum, taxta və ya rezin qırıntıları ilə doldurulur. Ağır kisə növünə zərbələr qüvvəni və gücü hiss etməyə kömək edir.

Ardını oxu...

Döşəmədən jimlər

Jim hərəkətləri nədir? Əslində jim hərəkətləri (latın dilində ventilabis-up) –döş, çiyin, üstəlik ayaq və qarın əzələlərinin bütün kateqoriyalarının işə cəlb olunduğu çox vacib bir prosedurdur. Bu qamətin möhkəmləndirilməsinin, döşün formasının korreksiyası və çiyin və qol formalarının modelləşdirilməsinin ən rahat və asan üsuludur. Bu prosedurun köməyilə siz öz fizioloji hazırlığınızı hökmən yaxşılaşdıracaqsınız, özünüzü gözəl və rahat hiss edəcəksiniz. Döş əzələləri başqa əzələlərin hamısından tamamilə fərqlidir: bütün əzələlər – bir istiqamətlidir və yalnız döş əzələləri – körpücük sümüyündən başlayaraq yarıhalqa şəklində şaxələnirlər.

Ardını oxu...

İplə tullanma

İplə tullanma (İngilis dilində skipping, skip – hoppanmaq, atlanmaq) – əzələlərin intensiv məşqini həyata keçirmək üçün ucuz və portativ idman qurğusudur, boksçu üçün bütün məşqlərin başlanğıcı və sonudur, digər idman növlərində də istifadə olunan dözümlülüyün inkişaf etdirilməsi üçün vasitədir.

Ardını oxu...

Boks ləvazimatları

Boksçular üçün bintlər

İdman dünyasından uzaq olan adi insan görür ki, boksçular rinqdə öz bədənlərini zərbələrdən boks dəbilqəsi və əlcəklərlə müdafiə edirlər. Lakin kənar gözdən gizli olan bir neçə digər amunisiya əşyası da var ki, onlar idmançıya bu sərt idman növündə öz sağlamlığını qorumağa kömək edir.

Ardını oxu...

Boks kisəsi

Boksçular zərbələr texnikası üzərində bir tərəfdən bərkidilmiş digər tərəfdən hərəkətli ağır içliklə doldurulmuş qurğularda – boks kisələrində işləyirlər. Boks torbası trenajoru armud, torba (belə qurğu boks torbası adlanır) və ya “müqəvva boks kisəsi” (insan manekeni formasına malik olan) formasında ola bilər. 

Ardını oxu...

Boks əlcəkləri

İndiki zamanda boks əlcəkləri boksun simvolu sayılır. Onların əcdadları haqqında ilk xatırlatmalar hələ 400 il e.ə. məlumdur: Misirdə sərdabə üzərində, alimlər tərəfindən üzərində əllərinə dəri kəmərlər dolanmış boksçuların döyüş rəsimləri olan freskalar tapılmışdır. Zamanla əlcəklərin forması təkmilləşdirilmişdir və bu qoruyucu amunisiyasız biz boksu daha təsəvvür edə bilmərik.

Ardını oxu...

MMA reytinqləri

UFC reytinqi (yarımağır çəki)

Yarım ağır çəki

 Çempion : Daniel Cormier
Ardını oxu...

UFC reytinqi (ağır çəki)

Ağır çəki

Çempion : Stipe Miocic
Ardını oxu...

Boks məktəbi

Boksda dözümlülüyün inkişaf etdirilməsi

Boksda texniki hazırlıqla yanaşı idmançının boks dözümlülüyünün inkişaf etdirilməsi qələbə qazanmaqda ən vacib faktorlardan biridir. Boksçunun inkişafı onun uzun müddət ərzində güc və psixoemosional gərginliyə effektiv şəkildə tab gətirməsi hesab edilir, eyni zamanda onun keçirdiyi döyüşün intensivliyi mümkün qədər uzun müddət ərzində ilkin səviyyədə qalmalıdır. Dözümlülüyün inkişaf etdirilməsi üçün bir çox metodikalar, məşqlər mövcuddur və hər bir idman növü üçün onlar özünəməxsus xüsusiyyətlərə malikdirlər.

Ardını oxu...

Boksda sürətin inkişaf etdirilməsi

Sürətin inkişaf etdirilməsi

Giriş

Müasir dövrdə gənclər özlərini hər hansı bir idman növündə tapmağa çalışırlar və onların bir çoxu məhz boksu seçirlər. Bu onunla izah olunur ki, boksla məşğul olma yalnız güc məşqlərinin yerinə yetirilməsini deyil, həm də ilk növbədə idmançının sürətinin, dözümlülüyünün, gücünün, həmçinin tez bir zamanda qərar qəbul etmə, rəqibin strategiyasındakı xırda dəyişikliklərə reaksiya göstərmək və əlbəttə ki, onun hərəkətlərinin bir neçə addım qabağa hesablaya bilmə bacarığının inkişaf etdirilməsini nəzərdə tutur. Gücün və dözümlülüyün inkişaf etdirilməsi ilə yanaşı, boksçunun sürətinin artırılması onun bacarıqlarının təkmilləşdirilməsində ən vacib mərhələlərdən biridir. Sürət məşqlərinə zərbənin sürətinin, boksçunun reaksiyasının və qaçış sürətinin inkişaf etdirilməsini nəzərdə tutan məşqlər daxildir.

Ardını oxu...

Boksda gücün inkişaf etdirilməsi

Gücün inkişaf etdirilməsi

Giriş

Boksda, eləcə də digər döyüş idman növlərində yüksək nəticələrə nail olmağın ən vacib amillərindən biri idmançının gücünün inkişaf etdirilməsidir. Bu proses daimi inkişaf, fiziki göstəricilər üzərində işləmə, döyüş bacarıqlarının təkmilləşdirilməsi, rəqibin psixologiyasının öyrənilməsi və əlbəttə ki, iradə qüvvəsinin inkişaf etdirilməsini nəzərdə tutur. Buna görə də təcrübəli məşqçinin işi yalnız fiziki göstəricilərə, gücün inkişaf etdirilməsi üsullarına və zərbə gücünün artırılması üçün məşqlərə deyil, həm də idmançının iradə qüvvəsi, məqsədyönlülük, səbirlilik kimi daxili keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlməlidir.

Ardını oxu...

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top