Nokaut.az - Azərbaycanın N1 döyüş saytı

Nokaut.az saytı 2015 -ci ildə yaradılmışdır. Saytda əlbəyaxa döyüş idman növlərinin qaydaları, tarixi və xəbərləri haqqında oxuya bilərsiz.

Boks bölümündə, boks haqqında məqalələr, boks texnikası, boks məşqləri, boks ləvazimatları və boks qaydaları haqqında materiallar yerləşdirilib.

MMA bölümündə, MMA reytinqləri və MMA qaydaları haqqında maraqlı materillarla tanış ola bilərsiz.

Eyni zamanda diqər döyüş idman növləri haqqında da saytda materiallar var.

Ən əsası xəbərlər bölümündən, döyüş idman növlərində baş verən aktual yeniliklər və xəbərlərlə tanış olmaq olar.

Saytda idman qidaları və aksesuarları əldə etmək istəyən idmançılar üçün - İdman qidaları mağazası bölümü mövcuddur.

 

Boksda gücün inkişaf etdirilməsi

Gücün inkişaf etdirilməsi

Giriş

Boksda, eləcə də digər döyüş idman növlərində yüksək nəticələrə nail olmağın ən vacib amillərindən biri idmançının gücünün inkişaf etdirilməsidir. Bu proses daimi inkişaf, fiziki göstəricilər üzərində işləmə, döyüş bacarıqlarının təkmilləşdirilməsi, rəqibin psixologiyasının öyrənilməsi və əlbəttə ki, iradə qüvvəsinin inkişaf etdirilməsini nəzərdə tutur. Buna görə də təcrübəli məşqçinin işi yalnız fiziki göstəricilərə, gücün inkişaf etdirilməsi üsullarına və zərbə gücünün artırılması üçün məşqlərə deyil, həm də idmançının iradə qüvvəsi, məqsədyönlülük, səbirlilik kimi daxili keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlməlidir.

Gücün inkişaf etdirilməsinin üsulları

Fizika qanunlarından bildiyimiz kimi, qüvvə – bir cisimin digər cisimə təsir dərəcəsidir və bu təsir nəticəsində cisimin ilkin formasının dəyişməsidir. Boksda güclü zərbənin qoyulması üçün böyük “partlayıcı” güc, zərbənin kəskinliyi, hədəfə dəqiq dəymə və maksimum sürətin yığılması ən vacib amillər hesab edilir. Zərbə gücünün inkişaf etdirilməsi həmçinin orqanizmin, əzələləri vaxtında boşaltmağı və gərginləşdirməyi nəzərdə tutan boks texnikasını bilməsi ilə şərtlənir. Burada qol əzələlərinin zərbənin başlanğıcındakı boşalmış vəziyyətdən hədəfə çatma anında qısa zamanda

maksimum gərginlik vəziyyətinə keçə bilmə bacarığı nəzərdə tutulur. Bundan başqa, əzələlərin boşalması idmançının dözümlülüyünə də müsbət təsir göstərir.

Bir çox boksçular maraqlanırlar ki, boks məşqlərini atletika məşqləri ilə birləşdirmək olarmı? Cavab birmənalı deyil: birləşdirmək olar (bildiyimiz kimi, boksçuya qaçış, tullanmalar, avarçəkmə, üzgüçülük və digər atletika növləri hesabına fiziki yüklənmələr, zərbə gücünün və dözümlülüyün inkişaf etdirilməsi lazımdır), lakin yalnız əzələ sisteminin ümumi inkişafı üçün, əks halda “zərbə üçün lazım olmayan” əzələlər inkişaf edə və yüklənə bilər, bu isə zərbənin sürətinin azalmasına gətirib çıxara bilər. Bunu yalnız savadlı mütəxəssisin nəzarəti alında etmək tövsiyə olunur. Bundan başqa, ayaq əzələlərinin inkişafı, eləcə də bütün gövdə əzələlərinin inkişafı güclü zərbənin qoyuluşunda mühüm rol oynayır. Belə ki, idmançının gövdə əzələlərinin işə salınması və ayaqla təkan verməsi ilə çənə nahiyəsinə vurulan dəqiq yüngül zərbə rəqibə güclü ağrıverici təsir göstərir və nokauta gətirib çıxara bilər. Zərbə gücünün inkişaf etdirilməsi demək olar ki, 50%-dək ayaqların və gövdənin hərəkətlərindən və onların zərbə zamanı rəqibə qarşı “əzişdirmə effekti”ni icra edə bilmə bacarığından asılıdır.

Boksçunun optimal çəkisinin hesablanmasına gəldikdə, şübhəsiz ki, bu vacib məsələdir, lakin bu haqda artıq kifayət qədər yazılar var, buna görə də bu məsələ üzərində dayanmayacayıq. Bircə onu deyə bilərik ki, zərbənin gücünə idmançının öz çəkisi yox, zərbəni yerinə yetirən qolun çəkisi daha çox təsir göstərir. Ümumiyyətlə, qol əzələləri nə qədər çox inkişaf etmiş və onların arasında piy qatının faizi nə qədər az olarsa, o qədər də zərbə güclü olar. Əzələlərin, oynaqların və vətərlərin daimi inkişaf etdirilməsi nəticəsində boksçunun bütün orqanizminin travma alma ehtimalı azalır. Məşqlər zamanı idmançının gücünün inkişaf etdirilməsi üçün müxtəlif vasitələr tətbiq olunur.

Gücün inkişaf etdirilməsi vasitələri

İdmançının zərbə gücünün inkişaf etdirilməsi üçün məşq hərəkətləri hər bir məşqin ayrılmaz hissəsidir. Lakin ev şəraitində də boksçunun əzələ sisteminin dəstəklənməsi və keyfiyyyətli inkişafı üçün nəzərdə tutulmuş əsas məşq hərəkətləri kompleksinin gündəlik yerinə yetirilməsi tələb olunur. Onların arasında jim hərəkətləri, idman daşları və hantellərlə iş, çəki ilə çömbəlmələr, iplə tullanmalar və s. var. Zalda əzələlərin gücü asma boks kisəsi və ya torbası, espander və ya tibbi jqutla (bağla) məşq etdirilir. Əgər məşqin zaldan kənar keçirilməsi mümkündürsə balta ilə böyük odun parçaları çapılır (özü də odun parçasını bir cəhddə çapmak tapşırığı qoyulur) və ya çəkic ilə iş görülür. Travmaların qarşısını almaq üçün belə zərbələri yalnız yuxarıdan aşağı, yan tərəflərə yayınmadan yerinə yetirmək tövsiyə olunur.

Zərbənin gücünə həmçinin müxtəlif tərəfdaşlarla, imkan varsa digər döyüş idman növlərinin idmançıları ilə işləmə təsir edir, bu boksçunun rəqibin kəskin hücumlarına qarşı hazırlığını və reaksiyasının sürətini inkişaf etdirməyə kömək edəcəkdir. Gücün inkişaf etdirilməsi vasitələrinə həmçinin müxtəlif ağırlaşdırıcılar aiddir. Onlardan idmançılarda “partlayıcı” gücün və dözümlülüyün inkişaf etdirilməsi üçün istifadə olunur. Boksda istifadə olunan ağırlaşdırıcılar arasında kəmərlər, əlcəklər, jiletlər, əl və ayaq manjetlərini görmək olar.

Zərbənin gücünün inkişaf etdirilməsi üçün məşq hərəkətləri

Boksda, eləcə də digər döyüş idman növlərində idmançıların güc göstəricilərinin təkmilləşdirilməsi üçün gücün inkişaf etdirilməsinin müxtəlif üsulları və xüsusi məşq hərəkətləri kompleksləri nəzərdə tutulub, onların içindən şərti olaraq əsas istiqamətləri qeyd etmək olar:

Qol gücünün inkişaf etdirilməsi

Zərbələrin məşq etdirilməsi ilə yanaşı zərbənin qoyuluşu üçün nəzərdə tutulmuş məşq hərəkətləri əsasən boksçunun çiyin və dirsək oynaqlarının, əzələ və vətərlərinin möhkəmləndirilməsinə və onların elastikləşdirilməsinə əsaslanır. Qol gücünün inkişaf etdirilməsi dartılma hərəkətlərinin, əzələlərin növbə ilə boşalması və gərginləşdirilməsi və güc məşq hərəkətləri komplekslərinin yerinə yetirilməsi ilə baş verir. Onların arasında aşağıdakılar var:

* Espanderin, tibbi jqutun (bir ucu boksçunun beli arxasında, digəri isə əlcəyə bərkidilir) köməyilə dartılma və zərbələrin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş məşq hərəkətləri;

* Hantellərin və ağırlaşdırıcıların istifadəsi ilə dəqiq zərbələrin qoyuluşu;

* Qumla doldurulmuş topu divara atma, iki idmançı arasında topla işləmə, tərəfdaşın əlindən topu vurub salma və bunun qarşısını alma məşqi;

* İdman daşı ilə havada “səkkiz” çəkmə və s.

Zərbənin gücünün inkişaf etdirilməsi üçün məşq hərəkətləri - video

“Partlayıcı” gücün inkişaf etdirilməsi

Peşəkar idmançıların dilində “partlayıcı” adlanan güc zərbəsinin kəskin, sürətli manerada qoyuluşu ilə xarakterizə olunur. Belə zərbə hücum vaxtı tətbiq olunur, çox vaxt boksçunun onu icra etmə bacarığı ona rinqdə böyük bir üstünlük verir. “Partlayıcı” gücün inkişaf etdirilməsi məqsədilə tətbiq olunan məşq hərəkətləri:

 

* Top, nizə və ya disk atma;

* Torba, pəncələr və boks kisəsi üzərində güclü kəskin zərbələrin məşq etdirilməsi;

* Çəkic ilə işləmə (zindan, avtomobil şinası üzərində), odun çapma;

* Kəskin sürətlənmələrlə qaçış və üzgüçülük;

* Bir və ya iki qol üzərində jimlər, ştanqın qaldırılması;

* Avarçəkmə, kanatı dartıb çəkmə və s.

 

Boşalmış əl ilə zərbənin gücünün inkişaf etdirilməsi

Əzələlərin vaxtında boşaldılması və gərginləşdirilməsi texnikasına yiyələnmədən qol gücünün inkişaf etdirilməsi mümkün deyil. Güclü kəskin zərbələri uzun müddət ərzində məşq etdirmək tövsiyə olunur, o zaman idmançı zərbənin yerinə yetirilməsi zamanı əzələlərin boşaldılması və gərginləşdirilməsi texnikasını avtomatizmə çatdıra biləcəkdir, bu isə ona böyük fiziki güc sərf etmədən rəqibə sarsıdıcı zərbələr endirməyə və döyüşün ilkin intensivliyini uzun müddət saxlamağa imkan verəcəkdir.

Ayaq əzələlərinin gücünün inkişaf etdirilməsi

Daha əvvəl müəyyən etdiyimiz kimi, güclü zərbənin icra edilməsi üçün ayaq əzələlərinin gücünün inkişaf etdirilməsi qol əzələlərinin inkişaf etdirilməsi qədər böyük əhəmiyyətə malikdir. Ayaq əzələlərinin möhkəmləndirilməsinə yönəlmiş məşq hərəkətlərinin yerinə yetirilməsi nəticəsində idmançı rinqdə öz yerini dəyişdirmə bacarığını inkişaf etdirir, aldadıcı hərəkətlər texnikasını tətbiq etməyi öyrənir və, şübhəsiz ki, zərbənin gücünü əhəmiyyətli dərəcədə yüksəldir. Ayaq əzələlərinin inkişaf etdirilməsinin üsulları:

 

* Ştanqla və hantellərlə çömbəlmələr, maksimum çəki ilə ayaqlarla jim;

* Ayaqların növbə ilə dəyişdirilməsi ilə və eyni zamanda ağır ağacın və ya qrifin irəli tələnməsi ilə tullanmalar;

* uzun məsafələrə qaçış, maneələrlə qaçış;

* ağırlaşdırıcılarla (manjetlərlə) iş;

* hündürlüyə və uzunluğa tullanmalar, iplə tullanmalar və s.

Peşəkar boksçunu uşaq vaxtından gücü, sürəti və dözümlülüyü inkişaf etdirməyə öyrədirlər. İdmançının texniki hazırlığı ilə yanaşı bu keyfiyyətlər istənilən döyüşün nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin məhz boksçunun qol gücünün inkişaf etdirilməsi, onun döyüşün ən mühüm anında sarsıdıcı zərbə endirmək bacarığı həlledici ola bilər. Öyrəndiyimiz kimi, gücün inkişaf etdirilməsinin müxtəlif üsulları, vasitələri və zərbə gücünün inkişaf etdirilməsi üçün məşq hərəkətləri mövcuddur və onlar hər bir məşqin əsasını təşkil etməlidir!

Xəbərlər

Dünya reytinq siyahısında 9 güləşçimizin adı var

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Nokaut.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 

Ardını oxu...

Cüdo üzrə seçməmizin sabiq çalışdırıcısı axtarışa verildi

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb. Nokaut.az xəbər verir ki, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi. Qeyd edək ki, Zayzenbaher 2 uşağı – 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur.

Ardını oxu...

Boks yığma komandalarımızın baş məşqçiləri müəyyənləşdi

Boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib. Boks Federasiyasından verilən məlumata görə, əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Ardını oxu...

Boks texnikası

Boksda müdafiə

Boksçular daima aşağıdakı iki istiqamətdə özlərini təkmilləşdirməlidirlər:

* hücumlarda;

* müdafiədə.

İdmançının texniki ustalığını onun zərbə vurmaq bacarıqlarına və onların variasiyalarına görə qiymətləndirirlər. Döyüş qabiliyyəti isə boksçunun müxtəlif müdafiə texnikalarını nə dərəcədə yaxşı bilməsi ilə müəyyən edilir.

Ardını oxu...

Boksda nokdaun

Nokdaun sözünün mənası

Boksda nokdaun ingilis dilindən sarsıdıcı zərbə kimi tərcümə olunur. Nokdaun – döyüşçünün, boksçunun rəqibin zərbəsi zamanı onun zərbəsindən yayınmağa imkan tapdığı, və ya hücumdan bacarıqlı şəkildə qaçaraq rinqə üçüncü dayaq nöqtəsi ilə, yəni dizi, əli və s. ilə toxunduğu haldır. Bu hallarda referi-hakim birdən səkkizə kimi saymağa başlayır.

Ardını oxu...

Boksda nokaut

Boksda nokaut nədir?

Nokaut – rəqiblərdən birinin ona digəri tərəfindən çox güclü zərbə və ya zərbələr seriyası endiridikdən 10 saniyə sonra qarşılaşmanı davam edə bilməməsi halında rinqdə boks qarşılaşmasının yekunlaşma variantıdır. Əksər hallarda o sarsılmış vəziyyətdə döşəmə üzərində uzanır. Nokaut nəticəsində idmançının huşunun itirilməsi, beyin silkələnməsi, güclü başgicəllənmənin inkişafı, müvazinətin pozulması və s. müşahidə oluna bilər.

Ardını oxu...

Boks məşqləri

Boks kisəsi ilə məşq

Boks kisəsi – dəqiqliyi, kəskinliyi və düz və yan boks zərbələrinin sürətini məşq etdirmək üçün nəzərdə tutulmuş dəri örtüklü qurğudur. Boks kisəsinə zərbələr qol əzələlərini və boksçunun ustalığını inkişaf etdirir.

Boks kisələrinin növləri

Ağır – ən sərt növdür. Dəridən, dəri əvəzedicisindən və ya brezentdən tikilmiş böyük silindrdır. Ağır boks kisəsi qum, taxta və ya rezin qırıntıları ilə doldurulur. Ağır kisə növünə zərbələr qüvvəni və gücü hiss etməyə kömək edir.

Ardını oxu...

Döşəmədən jimlər

Jim hərəkətləri nədir? Əslində jim hərəkətləri (latın dilində ventilabis-up) –döş, çiyin, üstəlik ayaq və qarın əzələlərinin bütün kateqoriyalarının işə cəlb olunduğu çox vacib bir prosedurdur. Bu qamətin möhkəmləndirilməsinin, döşün formasının korreksiyası və çiyin və qol formalarının modelləşdirilməsinin ən rahat və asan üsuludur. Bu prosedurun köməyilə siz öz fizioloji hazırlığınızı hökmən yaxşılaşdıracaqsınız, özünüzü gözəl və rahat hiss edəcəksiniz. Döş əzələləri başqa əzələlərin hamısından tamamilə fərqlidir: bütün əzələlər – bir istiqamətlidir və yalnız döş əzələləri – körpücük sümüyündən başlayaraq yarıhalqa şəklində şaxələnirlər.

Ardını oxu...

İplə tullanma

İplə tullanma (İngilis dilində skipping, skip – hoppanmaq, atlanmaq) – əzələlərin intensiv məşqini həyata keçirmək üçün ucuz və portativ idman qurğusudur, boksçu üçün bütün məşqlərin başlanğıcı və sonudur, digər idman növlərində də istifadə olunan dözümlülüyün inkişaf etdirilməsi üçün vasitədir.

Ardını oxu...

Boks ləvazimatları

Boksçular üçün bintlər

İdman dünyasından uzaq olan adi insan görür ki, boksçular rinqdə öz bədənlərini zərbələrdən boks dəbilqəsi və əlcəklərlə müdafiə edirlər. Lakin kənar gözdən gizli olan bir neçə digər amunisiya əşyası da var ki, onlar idmançıya bu sərt idman növündə öz sağlamlığını qorumağa kömək edir.

Ardını oxu...

Boks kisəsi

Boksçular zərbələr texnikası üzərində bir tərəfdən bərkidilmiş digər tərəfdən hərəkətli ağır içliklə doldurulmuş qurğularda – boks kisələrində işləyirlər. Boks torbası trenajoru armud, torba (belə qurğu boks torbası adlanır) və ya “müqəvva boks kisəsi” (insan manekeni formasına malik olan) formasında ola bilər. 

Ardını oxu...

Boks əlcəkləri

İndiki zamanda boks əlcəkləri boksun simvolu sayılır. Onların əcdadları haqqında ilk xatırlatmalar hələ 400 il e.ə. məlumdur: Misirdə sərdabə üzərində, alimlər tərəfindən üzərində əllərinə dəri kəmərlər dolanmış boksçuların döyüş rəsimləri olan freskalar tapılmışdır. Zamanla əlcəklərin forması təkmilləşdirilmişdir və bu qoruyucu amunisiyasız biz boksu daha təsəvvür edə bilmərik.

Ardını oxu...

MMA reytinqləri

UFC reytinqi (yarımağır çəki)

Yarım ağır çəki

 Çempion : Daniel Cormier
Ardını oxu...

UFC reytinqi (ağır çəki)

Ağır çəki

Çempion : Stipe Miocic
Ardını oxu...

Boks məktəbi

Boksda dözümlülüyün inkişaf etdirilməsi

Boksda texniki hazırlıqla yanaşı idmançının boks dözümlülüyünün inkişaf etdirilməsi qələbə qazanmaqda ən vacib faktorlardan biridir. Boksçunun inkişafı onun uzun müddət ərzində güc və psixoemosional gərginliyə effektiv şəkildə tab gətirməsi hesab edilir, eyni zamanda onun keçirdiyi döyüşün intensivliyi mümkün qədər uzun müddət ərzində ilkin səviyyədə qalmalıdır. Dözümlülüyün inkişaf etdirilməsi üçün bir çox metodikalar, məşqlər mövcuddur və hər bir idman növü üçün onlar özünəməxsus xüsusiyyətlərə malikdirlər.

Ardını oxu...

Boksda sürətin inkişaf etdirilməsi

Sürətin inkişaf etdirilməsi

Giriş

Müasir dövrdə gənclər özlərini hər hansı bir idman növündə tapmağa çalışırlar və onların bir çoxu məhz boksu seçirlər. Bu onunla izah olunur ki, boksla məşğul olma yalnız güc məşqlərinin yerinə yetirilməsini deyil, həm də ilk növbədə idmançının sürətinin, dözümlülüyünün, gücünün, həmçinin tez bir zamanda qərar qəbul etmə, rəqibin strategiyasındakı xırda dəyişikliklərə reaksiya göstərmək və əlbəttə ki, onun hərəkətlərinin bir neçə addım qabağa hesablaya bilmə bacarığının inkişaf etdirilməsini nəzərdə tutur. Gücün və dözümlülüyün inkişaf etdirilməsi ilə yanaşı, boksçunun sürətinin artırılması onun bacarıqlarının təkmilləşdirilməsində ən vacib mərhələlərdən biridir. Sürət məşqlərinə zərbənin sürətinin, boksçunun reaksiyasının və qaçış sürətinin inkişaf etdirilməsini nəzərdə tutan məşqlər daxildir.

Ardını oxu...

Boksda gücün inkişaf etdirilməsi

Gücün inkişaf etdirilməsi

Giriş

Boksda, eləcə də digər döyüş idman növlərində yüksək nəticələrə nail olmağın ən vacib amillərindən biri idmançının gücünün inkişaf etdirilməsidir. Bu proses daimi inkişaf, fiziki göstəricilər üzərində işləmə, döyüş bacarıqlarının təkmilləşdirilməsi, rəqibin psixologiyasının öyrənilməsi və əlbəttə ki, iradə qüvvəsinin inkişaf etdirilməsini nəzərdə tutur. Buna görə də təcrübəli məşqçinin işi yalnız fiziki göstəricilərə, gücün inkişaf etdirilməsi üsullarına və zərbə gücünün artırılması üçün məşqlərə deyil, həm də idmançının iradə qüvvəsi, məqsədyönlülük, səbirlilik kimi daxili keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlməlidir.

Ardını oxu...

Boks qaydaları

Peşəkar boks qaydaları

Peşəkar boks qaydaları

Həvəskar boksla peşəkar boks qaydaları arasında çoxlu sayda fərqlər və oxşarlıqlar var.

Reytinq. Peşəkar boksda, əslində, heç bir yarışlar yoxdur. Düzdür, indi Avropa və dünya çempionatlarının keçirilməsi tendensiyası müşahidə olunmağa başlayıb. Ola bilsin ki, bu yarışlar daimi xarakter daşıyacaq. Burada reytinq sistemi mövcuddur. Boksçunun bütün qələbələri, məğlubiyyətləri və heç-heçələri ümumi reytinq-siyahısına daxil edilir.

Ardını oxu...

Həvəskar boks qaydaları

Həvəskar boks qaydaları

Hal-hazırda dünyada AIBA tərəfindən təsdiq edilmiş və 2013-cü ildə qüvvəyə minmiş yeni qaydalar meydana çıxmışdır. Onlara burada baxmaq və ya yükləmək olar: AIBA qaydaları - 2013

Ardını oxu...

Boksda çəki kateqoriyaları

Boksun müxtəlif növlərində çəki kateqoriyaları

AIBA-nın yeni qaydalarında çəki kateqoriyaları kiçik dəyişikliklərə məruz qalıb. Aşağıda, daha əvvəlki çəki kateqoriyalarına bölünmə göstərilib. Buna baxmayaraq, bu səhifədə təqdim edilən peşəkar boksda çəkilərin bölgüsü bu gün də aktual qalmaqdadır. Həvəskar boksa gəlincə, yeni qaydalara burada baxmaq və ya yükləmək olar: AIBA-2013.

Ardını oxu...

MMA qaydaları

MMA. Qadağan edilmiş hərəkətlər

Qadağan edilmiş hərəkətlər

Aşağıda qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi matçların keçirildiyi zaman qayda pozuntusu hesab edilən hərəkətlərin siyahısı verilmişdir:

1. Başla zərbə vurmaq qadağandır.

Ardını oxu...

MMA çəki kateqoriyaları

İdmançıların çəki kateqoriyaları; yarışa qədər tərəzidə çəkilmədən sonra çəkinin atılması

MMA qaydaları idmançıların aşağıdakı çəki kateqoriyaları üzrə bölgüsünü təsbit edir:

1. Qarışıq döyüş sənətləri üzrə yarışlarda və ya nümunəvi çıxışlarda iştirak edən idmançıların mövcud çəki kateqoriyaları aşağıda göstərilmişdir:

Ardını oxu...

MMA qaydaları

MMA qaydaları (MMA Rules)

 

Rinqə və ya arenaya qoyulan tələblər; video-ekranlardan istifadə

1. MMA qaydalarına uyğun olaraq qarışıq döyüş sənətləri üzrə yarışlar və ya nümunəvi çıxışlar rinqdə ya da arenada keçirilə bilər.

2. MMA qaydalarına əsasən, qarışıq döyüş sənətləri üzrə yarışların və ya nümunəvi çıxışların keçirilməsi üçün istifadə edilən rinq aşağıdakı tələblərə uyğun olmalıdır:

Ardını oxu...

Boks reytinqləri

Go to top